Previous Next
Bağla

Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

18-04-2019 16:55
Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

“Kaspersky Lab” korporativ istifadəçilərin sonuncu qurğularının qorunması üçün “yeni nəsil” həllini təqdim etdi. Yenilənmiş məhsul “Kaspersky Security” avtomatik olaraq korporativ şəbəkədə anomaliyaları aşkarlayır, cihazlar üzərində fəaliyyəti məhdudlaşdırır, zərərli proqram təminatlarını aşkar edir, eləcə də, sistem administratorlarına gündəlik prosesləri avtomatlaşdırmaq üçün rahat vasitə təklif edir.

Xeberler.az  bildirir ki, “Kaspersky Security”-nin yenilənmiş versiyası özündə maşın öyrənmə alqoritmləri və təhlükənin təhlili kimi qabaqcıl texnologiyaları özündə birləşdirir. Bu, şirkətləri hətta tanınmayan hücumlardan qorunmağa imkan verir. Xüsusilə, məhsulun yeni versiyasındakı adaptasiya olunmuş anomaliyaların idarə edilməsi (Adaptive Anomaly Control) funksiyası, istifadəçilərin davranışını analiz edir və onların işlərinin ssenarilərini və yerinə yetirdikləri tipik prosesləri yadda saxlayır. Cihazların gündəlik fəaliyyətdə hər hansı bir kənarlaşma baş verdikdə, proqram anomal hərəkəti məhdudlaşdırır və bu barədə məlumatı sistem administratoruna yönəldir. Proses tam avtomatlaşdırılıb, bu da vaxt itkisinin, eləcə də, yanlış məlumatlandırmanın qarşısını almağa imkan verir.

Yeni nəsil “Kaspersky for Business” proqramında veb-təhdidlərindən qorunmaya xüsusi diqqət yetirilib. Məsələn, veb-təhdidinin qorunması komponenti (Web Threat Protection) sistemə gizli qoşulmaq üçün şifrələnmiş məlumat ötürmə kanalları istifadə edən təhdidlərin axtarışı üçün şifrli trafikləri skan edir. Bu funksiya (Web Control) həmçinin korporativ şəbəkəyə müdaxilənin aşkara çıxarılması və məhdudlaşdırılması , eləcə də 2018-ci ilin nomrə bir təhlükəsi olan – kriptovalyuta birjalarına çıxışı məhdudlaşdıran xüsusi texnologiyalara malikdir.

Həmçinin, təhlükəsizlik sisteminin idarə olunmasının (Kaspersky Security Center) artıq veb versiyası təqdim olunur, yəni, sistem administratoruna idarəetmə vasitəsinə daxil olmaq üçün yalnız brauzeri açmaq lazımdır (heç bir əlavə proqram təminatı tələb olunmur). Uzaqdan idarəetmə imkanı təhlükəsizlik sisteminə nəzarəti asanlaşdırır, eləcə də administratorlara korporativ şəbəkədə baş verən istənilən hadisəyə çevik reaksiya vermə imkanı yaradır. Eyni zamanda, veb-idarəetmənin istifadəsi, lokal versiya olan “Kaspersky Security Center”-in tətbiqi ehtimalını da istisna etmir.

Biznes üçün nəzərdə tutulan “Kaspersky Security”-nin mühüm üstünlüyü bir çox proseslərin avtomatlaşdırılmasıdır, bu da sistem administratorlarına əsas əməliyyatlarda vaxt və resursları sərf etmək əvəzinə strateji vəzifələrdə konsentrasiya olmağa imkan verir.

"Kibertəhlükəsizliyə cavabdeh olan komandaların üzərinə ağır məsuliyyət yükü düşür: onlar təşkilatın şəbəkəsindəki bütün qurğuların etibarlı qorunmasını təmin etməli və eyni zamanda bir sıra parametrlərdə, vəzifələrdə və məlumatlandırmalarda "itməməlidirlər" Həqiqət, hər zaman olduğu kimi hardasa ortada olur, son cihazların təhlükəsizliyi məsələsində isə həqiqət, təhdidlərin dərin analizi və daima aktiv olan proseslərin avtomatlaşdırılmasının birləşməsindədir. Məs bu mükəmməl birləşməni biz, biznes üçün “Kaspersky Security”-da əldə edə bildik”, bunu “Kaspersky Lab”-in məhsul marketinqi üzrə direktoru Dmitri Alyoşkin deyib.

Biznes üçün “Kaspersky Security”-nin imkanları haqqında daha ətraflı məlumat: https://www.kaspersky.com/small-to-medium-business-security/endpoint-advanced.

* Kaspersky Security Center veb konsolu Windows üçün Kaspersky Endpoint Security
və Linux proqramları üçün Kaspersky Endpoint Security idarə etmək üçün mövcuddur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

16-05-2022

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022

Kaspersky Security OneDrive buludunu da qoruyacaq

06-09-2019

Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

30-09-2022

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

23-11-2022

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

12-08-2022

Texnoloji avadanlıqların təhlükəsizliyini necə qoruyaq?

06-09-2017

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016

Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

19-05-2016

Kaspersky Internet Security 2009 ən yüksək qiymətə layiq görülüb

10-12-2008

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022

İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

13-06-2019

Kaspersky istehlakçılara xəbərdarlıq edib

17-12-2009

Kaspersky SE Labs beynəlxalq sınağında kiberhücumların 100 faizini dəf edib

01-09-2022

“Kaspersky rəqiblərindən daha çox ən yüksək qiymətlərə layiq görülüb...”

30-03-2021

Kaspersky Lab məhsullarında boşluq tapan 50 min dollar qazanacaq

03-08-2016

Bankomat və POS terminalları kiber təhlükələrdən qoruyan texnologiya

10-06-2016

Kaspersky həlləri müstəqil test nəticələrinə görə 57 dəfə ən yaxşı olub

22-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə