Previous Next
Bağla

Kaspersky SE Labs beynəlxalq sınağında kiberhücumların 100 faizini dəf edib

01-09-2022 10:42
Kaspersky SE Labs beynəlxalq sınağında kiberhücumların 100 faizini dəf edib

Təhlükəsizlik həlləri üzrə dünyanın müstəqil müqayisə sınaqlarının aparıcı təşkilatçılarından olan Böyük Britaniyanın SE Labs müəssisələr üçün EDR sinfindən olan həllərin ilk sınağının nəticələrinə əsasən Kaspersky Endpoint Detection and Response Expert həllinə ən yüksək AAA reytinqini təqdim edib. Kaspersky-nin bu həlli bütün simulyasiya edilmiş mürəkkəb hücumların hər bir mərhələsində bircə dəfə də saxta aşkarlanma olmadan uğurla işləyib və “Hərtərəfli dəqiqlik reytinqi” (Total Accuracy Rating) parametrində mütləq 100% bal nəticə göstərib.

Xeberler.az bildirir ki, sınaqda müxtəlif təchizatçıların beş həlli iştirak edib. SE Labs bilik bazasından və MITER ATT&CK platformasından istifadə edərək Wizard Spider, Sandworm, Lazarus və Operation Wocao kiberqruplarının real fəaliyyətinə dair məlumatlar əsasında 17 bütöv hücum həyata keçirib. Kaspersky EDR Expert həlli 17 hücumun hamısını inkişafının hər mərhələsində aşkar edib. Məhsul nəinki hücumların tam əhatəsini tanıya bilib, həm də yanlış pozitivlərdən yayınıb.

“Mürəkkəb kibertəhdidlər daha çox yayıldıqca, bizneslər informasiya təhlükəsizliyini təmin etmək üçün daha effektiv tədbirlər görməlidirlər. SE Labs-ın EDR həllərinin sınaqdan keçirməsi təhlükəsizlik məhsullarının eyni vaxtda bir neçə tanınmış kiberqrupun hücumlarına nə dərəcədə müqavimət göstərdiyini hərtərəfli qiymətləndirməyə imkan verir. Kaspersky bu müstəqil sınaqda onun 2019-cu ildə “Breach Response Test” adı altında istifadəyə verilməsindən bu yana iştirak edir və biz Kaspersky EDR Expert-in yüksək səviyyəli imkanlarını müntəzəm olaraq təsdiqləməkdən qürur duyuruq. SE Labs qabaqcıl və şəffaf sınaq metodologiyasına malikdir, buna görə də biz onlara məhsullarımızı açıq şəkildə sınaqdan keçirmək üçün etibar edirik. Müstəqil testlər bizə müştərilərimizə təqdim etdiyimiz təhlükəsizlik həllinin keyfiyyətinə əlavə nəzarət imkanı verir və dəyişən təhlükə mənzərəsinin öhdəsindən uğurla gəldiyimizi təsdiqləyir”, - deyə Kaspersky-nin Təhdidlərin Tədqiqatı şöbəsinin rəhbəri Aleksandr Liskin bildirib.

“Kiberhücum bir neçə mərhələdən ibarətdir və informasiya təhlükəsizliyi məhsullarını qiymətləndirərkən onların hər birində aşkarlanmanın effektivliyini yoxlamaq vacibdir. Bəzən sınaq zamanı məlum olur ki, həllər hücumların bütün mərhələlərini müəyyən edə bilmir. Lakin Kaspersky EDR Expert bu vəzifənin öhdəsindən uğurla gəlib. Bu, həm təsirli nəticədir, həm də güvən yaradır”, - deyə SE Labs-ın baş direktoru Saymon Edvards öz növbəsində qeyd edib.

Kaspersky EDR Expert şirkətin korporativ şəbəkəsindəki son nöqtələrin yüksək keyfiyyətli monitorinqini və onların effektiv mühafizəsini təmin edir, mürəkkəb təhdidlərin və APT səviyyəli hücumların aşkarlanması, prioritetləşdirilməsi, tədqiqi və zərərsizləşdirilməsi üçün ənənəvi tapşırıqları avtomatlaşdırmağa imkan verir.

SE Labs-ın keçirdiyi sınaq zamanı Kaspersky EDR Expert-in fəaliyyətinin ətraflı təsviri ilə tam hesabat buradadır. Kaspersky EDR Expert həlli haqqında ətraflı məlumatı Kaspersky-nin rəsmi saytında görə bilərsiniz.

Təhdidin aşkarlaması və ona reaksiya üzrə təsdiqlənmiş həll istənilən mürəkkəblikdə olan kiberhücumlara qarşı mübarizə aparmaq üçün bütün təhlükəsizlik məhsullarını vahid sistemə inteqrasiya etməyə kömək edən güclü XDR platformasının əsaslarından biridir. Beləliklə, Kaspersky EDR-in funksionallığı Kaspersky Symphony XDR-nin yüksək səmərəliliyini təmin edir. Bu hərtərəfli həll son nöqtənin qorunmasını, aktual təhdidlər haqqında məlumatlarla zənginləşdirilməni, təhlükəsizlik hadisələrinin idarə edilməsini və daha çoxunu bir araya gətirir və sinxronlaşdırır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky EDR həlli ən yüksək qiymətə layiq görülüb

17-01-2022

Kaspersky təhlükəsizliklə bağlı yeni mükafat qazanıb

17-11-2022

Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

30-09-2022

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kaspersky “Kaspersky Symphony XDR”-i təqdim edir

13-04-2022

Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

10-01-2020

“Kaspersky rəqiblərindən daha çox ən yüksək qiymətlərə layiq görülüb...”

30-03-2021

Kaspersky həlləri müstəqil test nəticələrinə görə 57 dəfə ən yaxşı olub

22-04-2022

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021

2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

20-12-2021

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021

Kaspersky Gartner Peer InsightsTM reytinqində ən yüksək qiymətə layiq görülüb

22-02-2022

Covid-19 vaksini hazırlayan şirkətlərə qarşı kiber hücumlar edilib

29-12-2020

Kaspersky və G-Core Labs oyun startaplarını dəstəkləmək üçün müştərək proqrama başlayır

07-12-2020

“PipeMagic” ilə edilən kiberhücumların coğrafiyası genişlənib

16-10-2024

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Kaspersky: əksər şirkətlər lazımi kibermüdafiəni təmin edə bilməməkdən ehtiyat edirlər

06-04-2022

Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

23-11-2022

Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

03-08-2021

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

16-05-2022

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022

Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək

22-06-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə