Previous Next
Bağla

Kaspersky kiber təhdidlər haqqında operativ məlumatlandırma üzrə lider elan edilib

30-04-2021 11:43
Kaspersky kiber təhdidlər haqqında operativ məlumatlandırma üzrə lider elan edilib

Forrester Analitik Agentliyi Kaspersky–ni kiber təhdidlər barədə operartiv məlumatlandırma üzrə lider (Leader) elan edib. “The Forrester Wave™: External Threat Intelligence Services Q1, 2021” analitik hesabatının nəticələri bunu deməyə əsas verir.

Kaspersky-nin apardığı bir araşdırmaya görə*, dünyadakı iri şirkətlərin 41%, kiçik şirkətlərin isə 39%-i hadisədən sonra aktual kiber təhdid məlumatlarından istifadə
etməyin lazım olduğunu anlayır. Forrester-in analitik hesabatı Threat Intelligence (Təhdid Kəşfiyyatı) xidmətləri bazarına ümumi bir baxış ehtiva edir və bu xidmətləri üzrə on iki təminatçı şirkəti qiymətləndirir. Təhlilin nəticələrinə əsasən, Kaspersky kiber təhdidlər barədə operativ məlumatlandırma xidmətlərinin keyiyyətinə görə lider statusu alan üç şirkətdən biridir.

Forrester satıcıların təkliflərini bir sıra meyarlar üzrə qiymətləndirir. Kaspersky həlli Cyber ​​Threat Intelligence (Kiber Kəşfiyyat) və Innovation Roadmap (İnnovativ Yol Xəritəsi) də daxil olmaqla bir neçə kateqoriyada yüksək qiymətlər alıb. Forrester
həmçinin Kaspersky xidmətlərinin mürəkkəb hədəf hücumlarını və kiber cinayətkarları izləmək imkanlarını da yüksək qiymətləndirib.

Forrester analitikləri təqdim olunan məlumatların keyfiyyəti və onun təqdim olunması üçün müştəri tələbləri ilə birbaşa iş baxımından Kaspersky-nin sənayedəki liderliyini xüsusi olaraq qeyd edib: “Sorğuda iştirak edən müştərilər həm Kaspersky-dən əldə edilən məlumatların keyfiyyətindən, həm də onların sonrakı istifadəsinin effektivliyinin qiymətləndirilməsi və əldə edilən nəticələrdən razı olduğunu bildiriblər."

Forrester qiymətləndirməsinə görə, Kaspersky Threat Intelligence istənilən ölçüdə biznesə uyğun gəlir.

“Dünyanın hər yerindən topladığımız petabaytlarla ölçülən təhdid məlumatları, qabaqcıl maşın öyrənmə texnologiyaları və unikal mütəxəssis qrupu sayəsində müştərilərimizə əvvəllər bilinməyən kiber hücum növləri ilə mübarizə aparmağa kömək edirik," - deyə Kaspersky-nin Təhdid Araşdırmaları Departamentinin Direktoru Anton İvanov bildirib. "Müstəqil analitiklər tərəfindən qiymətləndirilməyimiz və müştərilərimizdən gələn müsbət rəylərlə qürur duyuruq.”

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020

Sənaye müəssisəsi Kasperky həlli sayəsində 1.7 milyon ABŞ dollarına qənaət edib

12-07-2021

Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

27-04-2021

Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

30-09-2022

Kaspersky avtomobil sənayesi üçün kiber təhlükələrin təhlili xidmətini təqdim edib

22-01-2021

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021

Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib

19-01-2022

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021

Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

10-01-2020

Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

03-08-2021

Ötən il fidyə kriptoqrafları 700-dən çox şirkətə hücum edib

16-01-2023

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021

Mərkəzi Bank kiberhücumları əvvəlcədən müəyyən edəcək

11-08-2025

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020

Kaspersky kibertəhlükəsizlik üzrə silsilə onlayn konfranslara başlayır

12-06-2020

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021

Kaspersky ən yaxşı təhlükəsizlik həlləri istehsalçısıdir

18-03-2021

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

20-12-2021

Kaspersky və Ferrari tərəfdaşlqılarının on illiyini qeyd edir

10-08-2020

Kaspersky YARA qaydalarının yaradılması və istifadəsi üzrə onlayn təlimə başlayır

03-09-2020

Kaspersky və Fnatic əməkdaşlığa başlayır

02-07-2021

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020

Covid-19 vaksini hazırlayan şirkətlərə qarşı kiber hücumlar edilib

29-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə