Previous Next
Bağla

Kaspersky avtomobil sənayesi üçün kiber təhlükələrin təhlili xidmətini təqdim edib

22-01-2021 16:51
Kaspersky avtomobil sənayesi üçün kiber təhlükələrin təhlili xidmətini təqdim edib

2021-ci ildən etibarən avtomobil sənayesindəki kiber təhdidlərə dair Kaspersky-nin xüsusi analitik hesabatları geniş müştəri auditoriyasına təqdim edilib. Bu xidmətin bir hissəsi olaraq, şirkətlər avtomobilin elektron sistemlərinə hücumlar hazırlamaq üçün kiber cinayətkarlar tərəfindən hansı məlumatların istifadə edilə biləcəyi kimi sənayeyə xas təhdidlər haqqında məlumatlar, yeni təhdidlər barədə ani bildirişlər və onlara qarşı mübarizə haqqında tövsiyələr ala bilərlər.

Bu gün kiber cinayətkarlar daim yeni texnika icad etdikləri üçün avtomobillərin informasiya təhlükəsizliyinə getdikcə daha çox diqqət yetirilir. Bundan əlavə, sənayedə yeni qanuni tələblər ortaya çıxır.

Kiber təhlükə barədə məlumatlandırma xidmətinin köməyi ilə nəqliyyat vasitələri istehsalçıları və təchizatçıları sənayeyə təsir edə biləcək mövcud problemlər haqqında öyrənə və vaxtında lazımi tədbirlər görə biləcəklər. Hər bir hesabat özündə yalnız ümumi icmal və tendensiyanın təhlilini deyil, həm də nəqliyyat vasitələrinə və əlaqəli infrastruktura xas təhlükələr və zəifliklər barədə məlumatları ehtiva edir. Hesabatlarda həm də ictiamiləşmiş hadisələr, müstəqil tədqiqatçıların nəşrləri, iri sənaye şirkətlərinin məruzələri, ixtisaslaşmış konfranslardan çıxışlar, xüsusi forumlarda və "darknet"-in qapalı meydançalarındakı müzakirələr, həmçinin avtomobilin elektron sistemlərinə potensial hücum vektorlarını tətbiq edən açıq şifrəli alətlər və onun xarici infrastrukturu nəzərdən keçirilir.

Hesabat hazırlanan zaman əgər mütəxəssislər dərhal cavab tələb edən bir təhdid aşkar edərlərsə, müştərilərə bu barədə təcili bildiriş göndərilir.

“Müasir avtomobillərdə getdikcə daha çox texnologiya istifadə olunur, buna görə də nəqliyyat sənayesi yalnız qanuni tələblərə əməl etməməli, həm də elektron idarəetmə bölmələrindəki zəifliklərdən tutmuş nəqliyyat vasitələri ilə digər yol infrastrukturu obyektləri arasında məlumat mübadiləsi üçün nəzərdə tutulan V2X sistem* komponentlərinə hücumlara qədər mümkün kiber risklərdən xəbərdar olmalıdır. Hesabatlarımız təşkilatlara bu problemləri həll etməyə kömək edir," deyə Kaspersky-nin nəqliyyat sistemləri şöbəsinin müdiri Sergey Zorin bildirib. “Bu hesabatlar ən yeni kiber təhdidləri öyrənməklə yanaşı, onların hansı zərərləri verə biləcəyini də anlamağa imkan verir. Avtomobil bazarı iştirakçılarının müştərilərə və ya şirkətin işinə təsir göstərə biləcək potensial riskləri azaltmaq üçün kifayət qədər vaxt əldə edə bilməsi üçün, bu xidməti təkmilləşdirməyə davam edirik.”

Avtomobillər üçün kiber təhdidlər barədə analitik hesabatlar haqqında daha çox öyrənmək üçün bu linkə keçid edə bilərsiniz: https://www.kaspersky.ru/enterprise security/transportation-security.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky kiber təhdidlər haqqında operativ məlumatlandırma üzrə lider elan edilib

30-04-2021

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020

Kaspersky “Şifrəni dəyiş” adlı podkast təqdim edib

10-06-2021

Kaspersky və Ferrari tərəfdaşlqılarının on illiyini qeyd edir

10-08-2020

Avtomobil sahiblərinin nəzərinə-Kiber təhlükə

24-04-2018

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021

Sənaye şirkətlərinin bəziləri kiber hücumları gizli saxlayır

22-11-2019

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020

Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

30-09-2022

Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

03-08-2021

Azərbaycanı Hədəf Alan Kiber Təhdid Qrupları Haqqında Hesabat hazırlanıb

28-12-2024

Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

27-04-2021

Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

10-01-2020

Sənaye müəssisəsi Kasperky həlli sayəsində 1.7 milyon ABŞ dollarına qənaət edib

12-07-2021

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021

Kaspersky və Fnatic əməkdaşlığa başlayır

02-07-2021

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021

2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

20-12-2021

“Kaspersky zərərli hədəf hücumlarına qarşı əks-mühəndislik tədbirləri üzrə onlayn kurs təqdim edir…”

19-04-2021

Kaspersky EDR həlli ən yüksək qiymətə layiq görülüb

17-01-2022

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Azərbaycandakı kompyuterlərin 42 faizində hələ də Windows 7 istifadə olunur

17-05-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə