Previous Next
Bağla

Kaspersky ən yaxşı təhlükəsizlik həlləri istehsalçısıdir

18-03-2021 12:24
Kaspersky ən yaxşı təhlükəsizlik həlləri istehsalçısıdir

Beynəlxalq analitika şirkət Canalys ardıcıl ikinci ildir ki, Kaspersky-ni tərəfdaş məmnuniyyəti baxımından ən yaxşı təhlükəsizlik həlləri istehsalçısı elan edir. Canalys Worldwide Vendor Benchmark-da şirkət 87,8 faizlə ən yüksək nəticəni göstərib.

Canalys dünyaca məşhur bir müstəqil analitika şirkətdir. Canalys Worldwide Vendor Benchmark, kiber təhlükəsizlik də daxil olmaqla bir çox sahədəki tərəfdaşlıq proqramlarını onların performanslarının bir sıra əsas göstəriciləri üzrə ölçülməsi yolu ilə müqayisə edir. Kaspersky öz proqramı haqqında tərəfdaş kanallardan 679-dan çox rəy alıb.

Canalys-in qiymətləndirməsinə görə, Kaspersky son 12 ayda ümumi fəaliyyətini təkmilləşdirib və onun tərəfdaşlıq proqramının reytinqi 12% yüksəlib. Ən yüksək bal “Məhsulun Əlverişliliyi və Təchizatı” kateqoriyasında (% 91,9) əldə edilib. Həmçinin "Tərəfdaş hesabının idarə edilməsində effektivlik" (90,1%) və "Biznesin idarəedilməsdə rahatlıq" (% 89,4) kateqoriyalarında da yüksək qiymətlər əldə edilib.

Kaspersky tərəfdaşlıq proqramının reytinqində ən çox artım (+ 15.1%) “Kanallarda Münaqişələrin İdarəolunması” kateqoriyasında qeydə alınıb. Əlavə olaraq, son bir ildə şirkətin marketinq fəaliyyətlərinin və yeni müştərilərin cəlb edilməsi üzrə işlərin qiymətləndirilməsi (+ 14,5%), həmçinin tərəfdaş hesablarının idarəedilməsinin effektivliyində (+ 13,8%) yüksək artım müşahidə edilib.

“Ardıcıl ikinci ildir ki, tərəfdaş məmnuniyyəti baxımından bir nömrəli təhlükəsizlik həlli təminatçısı kimi tanınırıq. Bu, son iki ildə Kaspersky United tərəfdaş proqramına qoyduğumuz investisiyaların effektivliyini nümayiş etdirir. Tərəfdaşlarımızın gəlirlərini artırmağa kömək edə biləcək dəstəyə ehtiyac duyduqlarını bilirik və onlara lazım olan alətləri təmin etmək üçün proqramı inkişaf etdirməyə davam edirik. Canalys Worldwide Vendor Benchmark-ın nəticələri tərəfdaşların Kaspersky United-a olan inamını artırır və bu xidmətin yüksək keyfiyyətini təsdiqləyir,” deyə Kaspersky-nin Biznesin İnkişafı üzrə Direktoru Aleksandr Moiseyev bildirib.

Mövcud tərəfdaşlar üçün əlavə üstünlüklərin yaradılması və yeni tərəfdaşların cəlb edilməsi prosesini yaxşılaşdırmaq üçün başladılan Kaspersky United proqramı 2019-cu ilin əvvəlində təqdim edilib. Bu proqram tərəfdaşların daha çox qazanmasına,
Kaspersky ilə əməkdaşlıq üçün bonuslar əldə etməsinə, ixtisaslarını artırmasına, öyrənməsinə və marketinq fəaliyyətləri üçün yeni alətlərə sahib olmasına kömək edir.

Kaspersky həm də Canalys-in ən yüksək regional reytinqlərinə daxil edilib. Şirkət Asiya-Sakit Okean regionunda, Avropa, Yaxın Şərq, Afrika və Latın Amerikası ölkələrində Canalys Channel Leadership Matrix  reytinqində 1-ci sırada yer alıb. Bundan əlavə, Canalys EMEA Vendor Benchmark 2020 və Canalys LATAM Vendor Benchmark 2020-nin regional reytinqlərində də lider kimi təsdiqlənib. Canalys-in hesabatının tam versiyası ilə buradan tanış ola bilərsiniz.

Kaspersky United tərəfdaşlıq proqramı haqqında daha ətraflı məlumat: https://www.kaspersky.com/partners/partnerprogram.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky "Champion" statusunu qazanıb

13-08-2021

Kaspersky kiber təhdidlər haqqında operativ məlumatlandırma üzrə lider elan edilib

30-04-2021

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009

Kaspersky üç istiqamət üzrə startap axtarışındadır

29-05-2021

“Kaspersky rəqiblərindən daha çox ən yüksək qiymətlərə layiq görülüb...”

30-03-2021

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022

KATV1 Kaspersky Labaratoriyası ilə əməkdaşlığa başlayır

01-06-2016

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Kaspersky 2019-cu ildən maşın öyrənməsi sahəsində 53 patent əldə edib

06-06-2022

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

"Kaspersky Açıq İnnovasiya Proqramı"nın yeni seçim mərhələsinə start verilir

07-08-2020

Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib

19-01-2022

Kaspersky-dən pulsuz antivirus

26-07-2017

2014-cü ildə fərdi kompüter bazarında planşetlərin bazar payı 50%-ə çatacaq

27-11-2013

Kaspersky Gartner Peer InsightsTM reytinqində ən yüksək qiymətə layiq görülüb

22-02-2022

Kaspersky həlləri müstəqil test nəticələrinə görə 57 dəfə ən yaxşı olub

22-04-2022

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

Kaspersky yeni təlim proqramına start verir

21-05-2020

Kaspersky istifadəçi məlumatlarını İsveçrəyə köçürür

12-05-2022

"Kaspersky"-ə yeni direktor təyin olunub

09-04-2020

"Kaspersky" kiberhücumların qlobal miqyasda artacağını proqnozlaşdırır

11-04-2023

Kaspersky MLAD 3 ən yaxşı məhsuldan biridir

26-04-2022

Kaspersky və Fnatic əməkdaşlığa başlayır

02-07-2021

Kaspersky SE Labs beynəlxalq sınağında kiberhücumların 100 faizini dəf edib

01-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə