Previous Next
Bağla

Kaspersky YARA qaydalarının yaradılması və istifadəsi üzrə onlayn təlimə başlayır

03-09-2020 16:44
Kaspersky YARA qaydalarının yaradılması və istifadəsi üzrə onlayn təlimə başlayır

Xeberler.az bildirir ki, Kaspersky, YARA qaydalarından istifadə edərək mürəkkəb təhdidlərin aşkarlanması üzrə onlayn təlimə başlayır. Bu təlim, kiber təhlükəsizlik mütəxəssisləri üçün hazırlanmışdır və GReAT* komandasının ən yaxşı təcrübələri ilə tanış olmaq, üstəlik, xüsusi virtual laboratoriyada kiber təhdidlərin aşkarlanması üzrə yeni bacarıqlara yiyələnmək imkanı verir.

YARA qaydaları - yeni zərərli proqram nümunələrinin müəyyənləşdirilməsi və təsnif edilməsi işini sadələşdirən, faktiki sənaye standartına çevrilmiş bənzərsiz bir vasitədir.

Təhlükəsizlik mütəxəssisləri onun sayəsində təhlükəsizlik həlləri, təhdidər haqqında məlumatlarla iş üzrə xidmətlər və ya multiskanerlərdən istifadə edərək özlərinə uyğun faylları axtara bilərlər.

Kiber təhlükəsizlik mütəxəssislərinin öz effektivliklərini ən yaxşı səviyyədə saxlamaq üçün mütəmadi olaraq yeni bilikləri öyrənə bilməsi vacibdir. Məsələn, Kaspersky nin apardığı bir araşdırmaya görə, iri müəssisələrin rəhbər əməkdaşlarının 35% -i bu cür mütəxəssislərin təcrübə səviyyəsinin artmasını İT büdcəsinin artmasına təsir göstərən əsas amil adlandırır.

Təlimə 20-dən çox praktiki məşq daxildir. Məşqlərin məqsədi son bir neçə il ərzində Kaspersky tərəfindən aşkar edilmiş real mürəkkəb hücum nümunələrindən istifadə edərək YARA qaydaları yaratmaq bacarıqlarını inkişaf etdirməkdir.

“YARA qaydaları həm yeni, əvvəllər məlum olmayan hücumların aşkarlanması, həm də artıq bilinən təhdidlərin təsnif edilməsi üçün əsas vasitələrdən biridir. Onlar kiber
casusluq kampaniyalarını və hətta proqram boşluqlarından edilən ani hücumları araşdırmağımıza kömək edir və onlardan istifadə sayəsində hadisələrə cavab vermə
müddəti xeyli sürətlənir. Kursu onlayn formatda başlatmaqdan məmnunluq duyuruq,

çünki bu, təcrübəmizi və biliklərimizi geniş miqyasda kiber təhlükəsizlik mütəxəssisləri ilə bölüşməyimizə imkan verir," deyə Kaspersky-nin Rusiya tədqiqat mərkəzinin rəhbəri Yuri Namestnikov bildirib.

Kursa erkən pulsuz giriş, şiddət qurbanlarına kömək edən, insan haqlarının qorunması, kiber təhlükəsizlik, kiber siyasət və diplomatiya sahələrində araşdırmalarla məşğul olan və kiber təhlükəsizlikdə çalışan hərbi personala dəstək verən bir sıra qeyri-kommersiya və qeyri-hökumət təşkilatlarının işçiləri üçün açıqdır. Bu sıraya Blueprint for Free Speech , Circle of Women in Cybersecurity , Cyber Peace Foundation, DiploFoundation, Almaniyanın Federal Qadın Məsləhətxanası Mərkəzləri və Qaynaq Xəttlər Assosiasiyası, Paris Universitetinin GEODE Təhsil Layihəsi, Hərbi Məktəblərin Strateji Araşdırmalar İnstitutu , Siyasi Araşdırmalar İnstitutu , VetSec İcması daxildir.

“Bu təlim sayəsində işçilərimiz yeni bacarıqlara yiyələnə və zərərli proqramlarla mübarizə texnologiyaları - YARA qaydaları və mürəkkəb təhdidlərin aşkarlanması üçün ən müasir texnikaları öyrənə biləcəklər. Bu, istismarların və proqram boşluqlarından edilən ani hücumların daha dərindən təhlil edilməsinə kömək edəcək və nəticədə eKawach layihəsini əhəmiyyətli dərəcədə təkmilləşdirəcək,” Cyber Peace Foundation-ın prezidenti Vinit Kumar deyib.

“Əsas hədəfimiz mentorluq və təhsil proqramları vasitəsilə qadınların kiber təhlükəsizlik şirkətlərində liderlik mövqelərinə çatmasına kömək etməkdir. Kaspersky-nin yeni kursu bunun üçün növbəti yaxşı fürsətdir. Bu, kibertəhlükəsizliyin tamamilə bir kişi sahəsi olduğu qərəzini yıxmağa kömək edir. Onlayn təlimin köməyi ilə təşkilatımızın üzvləri məlumatların təhlili və monitorinqi üzrə praktiki bacarıqlarını inkişaf etdirə və təhdid və hücumların mənbələrini tanımağı öyrənə biləcəklər. Bundan əlavə, proqram, qadınları digər oxşar texniki bacarıq təhsillərini axtarmağa təşviq edə bilər,” deyə CEFSYS-in qurucusu və prezidenti Nasira Salvan deyib.

Bu, Kaspersky-nin kibertəhlükəsizliyi mütəxəssisləri üçün internetdə təqdim olunan ilk təlimidir. Daha çox məlumatı buradan əldə edə bilərsiniz: https://xtraining.kaspersky.com/

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Kaspersky zərərli hədəf hücumlarına qarşı əks-mühəndislik tədbirləri üzrə onlayn kurs təqdim edir…”

19-04-2021

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020

Kaspersky kibertəhlükəsizlik üzrə silsilə onlayn konfranslara başlayır

12-06-2020

Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

03-08-2021

2021-ci ildə Kaspersky tərəfindən 380 min zərərli fayl aşkarlanıb

20-12-2021

Kaspersky yeni təlim proqramına start verir

21-05-2020

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020

Kaspersky EDR həlli ən yüksək qiymətə layiq görülüb

17-01-2022

Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

10-01-2020

Kaspersky kiber təhdidlər haqqında operativ məlumatlandırma üzrə lider elan edilib

30-04-2021

Kaspersky və Ferrari tərəfdaşlqılarının on illiyini qeyd edir

10-08-2020

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

27-04-2021

Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək

22-06-2020

Sənaye şirkətlərinin bəziləri kiber hücumları gizli saxlayır

22-11-2019

Sənaye müəssisəsi Kasperky həlli sayəsində 1.7 milyon ABŞ dollarına qənaət edib

12-07-2021

Kaspersky sənaye təhlükəsizliyi haqqında oyunu VR formata keçirib

05-07-2021

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

28-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə