Previous Next
Bağla

Kaspersky və Ferrari tərəfdaşlqılarının on illiyini qeyd edir

10-08-2020 10:49
Kaspersky və Ferrari tərəfdaşlqılarının on illiyini qeyd edir

Bu tarixə qədər Kaspersky tematik bir layihəni - unikal şifrələr generatorunu işə salıb.

Şifrə kombinasiyası yaratmaq üçün motorlu idman növü yarışları tarixinin son on ili ilə bağlı üç suala cavab vermək lazımdır. Generatora buradan keçid edə bilərsiniz. Kaspersky 2010-cu ildən etibarən Scuderia Ferrari Formula 1 komandasının rəsmi sponsorudur. O vaxtdan bəri tərəfdaşlığın miqyası xeyli artıb. Bu gün şirkət avtomobil istehsalçısının bütün İT infrastrukturunu qoruyur: Maranellodakı (İtaliya) əfsanəvi zavoddan tutmuş bütün dünyadakı yarış yollarına qədər.

Əlaqə zəncirinin son cihazları qorumaqla yanaşı, Kaspersky, Ferrari üçün sistem boşluğu dəyərləndirmələri, sistem müdaxiləsi testləri keçirir və şirkətə kiber təhlükələr barədə analitik hesabatlar təqdim edir.

“Biz on il bundan qabaq Formula 1-in tərəfdaşı olduq və o vaxtdan münasibətlərimiz daha da möhkəmlənib. Fərqli sahələrdə çalışmağımıza baxmayaraq, eyni dəyərləri birləşdiririk: texnoloji liderlik, yeniliklərə həvəs və gördüyümüz işlərdə davamlı inkişaf," Kaspersky-nin Baş Direktoru yevgeni Kasperski deyib.

“Formula 1-in İT infrastrukturu mürəkkəb və spesifikdir - modelləşdirmədən tutmuş nəqliyyat vasitələrinin fəaliyyətini qiymətləndirmə sistemlərinə qədər. Bundan əlavə, o, təhlükəsizlik ehtiyaclarımıza fərdi yanaşma tələb edən yüksək performanslı hesablama və şəxsi proqram təminatlarından istifadə edir," deyə Ferrari-nin İnformasiya Texnologiyaları, Kiber Təhlükəsizlik və Tənzimləyici Normalara Uyğunluq şöbəsinin rəhbəri Alessandro Sala bildirib. "Kaspersky-nin innovativ və yüksək məhsuldarlığa malik məhsulları şirkətimizin qarşısında duran problemləri həll etməyə və kiber təhlükələrə qarşı uğurla mübarizə aparmağa kömək edir."

“Sadə və başa düşülən bir missiyamız var - təhlükəsiz bir dünya qururuq. Təcrübəmizdən və nailiyyətlərimizdən istifadə edərək, rəqəmsal məkanı etibarlı etmək istəyirik ki, hər kəs texnologiyanın ona təklif etdiyi sonsuz imkanlardan istifadə edə bilsin. Ferrari ilə əməkdaşlığımız zamanı mürəkkəb problemləri həll etməyin sürətinin və onlara operativ cavab verilməsinin nə qədər vacib olduğunu daha dərindən anladıq. Tərəfdaşlarımız kimi biz də hesab edirik ki, mükəmməllikdə güzəşt yoxdur, güclü istək isə xüsusi bir şeyin bir parçası olmaq arzusudur. Bu dəyərlər Ferrari və komandamız arasındakı münasibətlərin əsasını təşkil edir," Kaspersky-nin marketinq üzrə vitse- prezidenti Endryu Vinton deyib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky Scuderia Ferrari ilə sponsorluq müqaviləsini genişləndirir

28-12-2021

Kaspersky Lab-ın baş direktoru Bakıda olub

06-07-2017

Kaspersky və Fnatic əməkdaşlığa başlayır

02-07-2021

Kaspersky avtomobil sənayesi üçün kiber təhlükələrin təhlili xidmətini təqdim edib

22-01-2021

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

Kaspersky kiber təhdidlər haqqında operativ məlumatlandırma üzrə lider elan edilib

30-04-2021

Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

10-01-2020

Yeni Ferrari displeyləri

03-10-2008

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021

Kaspersky EDR həlli ən yüksək qiymətə layiq görülüb

17-01-2022

Kaspersky Lab yeni brendinq və loqosunu təqdim etdi

07-06-2019

Kaspersky 2019-cu ildən maşın öyrənməsi sahəsində 53 patent əldə edib

06-06-2022

Sənaye şirkətlərinin bəziləri kiber hücumları gizli saxlayır

22-11-2019

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Kaspersky YARA qaydalarının yaradılması və istifadəsi üzrə onlayn təlimə başlayır

03-09-2020

“Ferrari”nin İT sistemləri haker hücumuna uğrayıb

21-03-2023

Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək

22-06-2020

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə