Previous Next
Bağla

Kaspersky xəbərdarlıq edir: naməlum tətbiqlərə “yox” deyin

11-10-2021 11:58
Kaspersky xəbərdarlıq edir: naməlum tətbiqlərə “yox” deyin

Kaspersky naməlum tətbiqlərin quraşdırılmasının Android əməliyyat sisteminin müxtəlif versiyalarında necə çalışması və nəyə görə bu funksiyadan istifadə etməmək barədə danışır.

Android istifadəçiləri tətbiqləri daha çox Google Play-dən yükləyirlər. Bu da çox ağlabatandır. Rəsmi mağazanın tətbiq müəlliflərindən yerinə yetirilməsini tələb etdiyi təhlükəsizlik qaydaları var. Tətbiq “çeşidinə” həm mağazanın özü, həm şikayət və aşağı qiymətləndirmə təqdim edən istifadəçilər, həm də təhlükəsizlik tədqiqatçıları nəzarət edirlər – hətta zərərli proqram bir yol tapıb Google Play-ə daxil olsa belə, o, tez bir şəkildə aşkarlanıb silinir.

“Bu, istifadəçilər üçün bir tərəfdən faydalıdır: əgər mağazada uyğun heç nə yoxdursa, lazımi funksiya dəstinə malik tətbiq tapmaq olar. Digər tərəfdən isə böyük sərbəstlik “yolu azmaq” və virusa ilişmək riskini artırır, axı Google Play-dən kənarda keyfiyyət və təhlükəsizlik elə də ciddi nəzarət altında deyil (əksər hallarda isə ümumiyyətlə nəzarətdə deyil). Arzu olunan proqramla birgə, hətta onun əvəzinə belə, cihaza şəxsi məlumatlar və ya bank hesabından pul oğurlaya bilən təhlükəli tətbiqlər yüklənə bilər.

Bəzən isə heç onları yükləmək lazım gəlmir: əgər cihazda naməlum mənbələrdən yükləmə funksiyası aktivdirsə, bəzi ziyanlverici proqramlar smartfona gizlicə daxil ola bilirlər”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov
bildirib.

Android-in müasir versiyalarında bu funksiya naməlum tətbiqlərin yükləməsi adlanır və hər bir tətbiq üçün ayrılıqda aktivləşdirilir. Android-in səkkizinci versiyasına qədər onun adı naməlum mənbələrdən yükləmə idi, icazə və ya qadağa üçün isə təhlükəsizlik menyusundakı yeganə yandır/söndür düyməsi təqdim olunurdu.

İlk baxışdan bu funksiyanı idarə etmək köhnə versiyalarda daha rahatdır, amma təhlükəsizlik baxımından hər şey elə də aydın olmur. Əgər naməlum tətbiqlərin yüklənməsinə təsadüfi olaraq icazə versəniz, zərərli faylı təkcə hər hansı bir tətbiq yox, ümumiyyətlə istənilən tətbiq, o cümlədən, sonradan quraşdıracaqlarınız da yükləyə bilər.

Əgər lazımi tətbiq rəsmi mağazada yoxdursa, amma onu yükləmək hələ də vacibdirsə, nə etməli? Kaspersky mütəxəssisləri tövsiyə edirlər:

1. Analoqlar axtarmaq – rəsmi mağazada oxşar proqramları bir daha nəzərdən keçirin. Bəlkə Google Play-də sizin istəyinizə uyğun bir tətbiq var?

2. Yükləmədən öncə faylı yoxlamaq – kənar mənbə cihazdan razılıq almırsa, tənzimləmələri dəyişməyə tələsməyin. Hər şeydən öncə quraşdırma faylını yükləyin və onu işə salmadan öncə mobil antivirusla yoxlayın.

3. İcazələrə baxmaq – yükləmə zamanı tətbiqin soruşduğu icazə siyahısını diqqətlə nəzərdən keçirin. Əgər proqram şübhə oyadacaq dərəcədə çox icazə istəyirsə, daha az “arzusu” olan alternativ axtarmağı sınayın. Android-dəki icazələrin hansının və niyə zərərli ola biləcəyi barədə burada ətraflı danışmışıq.

4. Naməlum mənbələrdən yükləməni deaktiv etmək – quraşdırmadan sonra orijinal tənzimləmələri geri qaytarmağı unutmayın. Telefonunuzu ziyankar proqramlar üçün açıq saxlamayın!

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

25-07-2022

FinSpy messencerlərdəki yazışmaları oxuyur

25-07-2019

"Android"də yeni virus SMS-i gizlətməyi öyrənib

03-07-2022

“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

28-06-2019

Andorid telefonlar üçün təhlükə-Yeni virus

16-06-2017

Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

25-08-2021

Android telefonlarda təhlükəsizliyi necə qorumalı?

19-08-2015

Kaspesky Clubhouse tətbiqin təhlükəsizlik risklərindən danışır

16-03-2021

Play Store-da 700 mindən çox proqram silindi

31-01-2018

Yeni təhlükəli mobil virus yayılıb-Xəbərdarlıq

20-07-2017

900 milyon Android cihazı təhlükədədir

09-08-2016

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020

iOS və Android sistemlərində yeni təhlükə aşkarlanıb

25-11-2015

Google Play-də casus proqram aşkar edilib

14-08-2017

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018

Kasperdky: Cinayətkarlar tanışlıq xidmətlərinin adlarından istifadə edir

27-02-2020

İOS, yoxsa Android ?

17-08-2015

Gizlilik qaydalarını pozan tətbiq Google Play və App store-dan silinib

21-11-2019

Kaspersky identifikasiya, autentifikasiya və avtorizasiya arasındakı fərqi izah edir

27-10-2021

Android istifadəçilərin bank kartı təhlükədədir

29-11-2017

Kaspersky zərərli proqramlarla bağlı xəbərdarlıq edir

18-10-2021

1 milyondan çox Android telefon təhlükədədir

11-11-2016

“Samsung” istifadəçiləri üçün təhlükə: Fərdi məlumatlarınız ələ keçə bilər

24-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə