Previous Next
Bağla

Kaspersky zərərli proqramlarla bağlı xəbərdarlıq edir

18-10-2021 12:34
Kaspersky zərərli proqramlarla bağlı xəbərdarlıq edir

Poçt qutusunda təkcə spam və fişinqlə deyil, həm də şəklin altında casus troyana yönləndirən link gizlədilmiş məktubla qarşılaşa bilərsiniz.

Bir qayda olaraq, söhbət hesab məlumatlarının oğurlanmasından düşəndə hər kəs fişinq linklərini ehtiva edən məktubları xatırlayır. Amma bu, təcavüzkarların bütün mümkün xidmətlərin login və şifrəsini oğurlamaq üçün istifadə etdikləri yeganə poçt təhdidi deyil. Dələduzlar hələ də məktublarda casus proqramları göndərməyə davam edirlər. Bu cür linki gizlətmək üçün istifadə etdikləri fəndlərdən biri də məktub əlavəsini təqlid edən şəkildir.

Təcavüzkarlar məktublarının daha inandırıcı görünməsi üçün hər dəfə daha çox çalışırlar. Məsələn, onlar sənaye xidmətləri göstərən və ticarət avadanlıqlarının alış-
verişi ilə məşğul olan şirkətlərə kommersiya təklifi üçün sorğu göndərir və həmin təklifin hazırlanması üçün qaydaları məktuba əlavə edirlər.

“Ümumilikdə sənaye şirkətləri bu cür sorğuları tez-tez ala bilərlər. Menecerlər göndərilən qaydaları adətən çox həvəslə açırlar və sorğu göndərənin domen adı və imzası arasındakı yüngül uyğunsuzluqlara fikir vermədən kommersiya təklifini hazırlayırlar. Amma bizi burada ilk növbədə tətbiq edilən fırıldaq fəndi maraqlandırır. Bunun köməyilə təcavüzkarlar alıcını zərərli proqramı işə salmağa məcbur edirlər – onu adi gözlə belə görmək mümkündür”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov qeyd edib.

Bu fotoda göstərilmiş əlavədəki PDF fayl məktub əlavəsi deyil. Outlook poçt əlavələrini bu şəkildə göstərir. Amma bir sıra əhəmiyyətli fərqlər var və onlara diqqətlə nəzər yetirmək lazımdır:

1. Əlavədəki işarə kompüterinizdə PDF faylı tanımaq üçün istifadə edilən tətbiqə uyğun olmalıdır. Burada göstərilən işarə isə anlaşılmır.

2. Əgər siçan oxunu məktubdakı gerçək əlavənin üzərinə gətirsək, poçt proqramı naməlum bir sayta keçid əvəzinə fayl haqqında məlumat - adı, növü və ölçüsünü göstərməlidir.

3. Faylın adından sağdakı ox işarəsi fərqlənməli və məzmun menyusunu açan ayrıca düymə kimi çalışmalıdır.

4. Ən əsası, əlavə məktubun əsas mətn hissəsində deyil, ayrıca bir hissədə görünməlidir.

Nümunə kimi göstərilən məktubdakı şəklin altında Trojan-Spy.Win32.Noon casus proqramına keçid linki yerləşdirilib. Bu, 2017-ci ildən bəri məlum olan kifayət qədər
standart bir troyandır. Əgər istifadəçi linkə klikləyərsə, onun kompüterinə casus proqramı yüklənir və təcavüzkarlara müxtəlif daxiletmə formalarından şifrə və digər məlumatları oğurlamağa imkan verir.

Belə hallarda Kaspersky tövsiyə edir:

1. Həmin proqramların şirkətinizə ziyan verməməsi üçün, internet bağlantısı olan hər bir cihazı etibarlı qoruma həlli ilə təchiz etmək lazımdır. O, zərərli proqramın işə düşməsinə sadəcə imkan verməyəcək.

2. Bundan başqa, əməkdaşların təcavüzkarların poçt fəndlərini özləri aşkara çıxara bilməsi üçün onları ağlabatan şəkildə öyrətmək lazımdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021
Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021
Kaspersky kütləvi zərərli poçt göndərişləri aşkarlayıb

Kaspersky kütləvi zərərli poçt göndərişləri aşkarlayıb

04-05-2022
Hakerlər hansı login və şifrə kombinasiyasından istifadə edir?

Hakerlər hansı login və şifrə kombinasiyasından istifadə edir?

19-12-2022
Kaspersky fişinqdən qorunmağın 6 üsulunu açıqlayıb

Kaspersky fişinqdən qorunmağın 6 üsulunu açıqlayıb

11-12-2021
Kaspersky rusdilli kiber cinayətkarlığın son beş ildə olan təkamülünü təhlil edib

Kaspersky rusdilli kiber cinayətkarlığın son beş ildə olan təkamülünü təhlil edib

29-10-2021
Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022
Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022
Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020
Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

08-10-2021
YouTube-da zərərli proqramlar ehtiva edən video peyda olub

YouTube-da zərərli proqramlar ehtiva edən video peyda olub

19-09-2022
“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

25-11-2021
Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022
Hakerlər 2022-də bu mütəxəssislərə hücum edib

Hakerlər 2022-də bu mütəxəssislərə hücum edib

26-12-2022
Kaspersky, 2020-ci ildə qeydə alınan hücumların təfərrüatını açıqlayıb

Kaspersky, 2020-ci ildə qeydə alınan hücumların təfərrüatını açıqlayıb

04-06-2020
Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023
Kaspersky: Elektron poçtunuzu şəxsi məqsədlər üçün istifadə etməyin

Kaspersky: Elektron poçtunuzu şəxsi məqsədlər üçün istifadə etməyin

24-09-2021
Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022
Kaspersky: Zərərli bank proqramları dünyadakı istifadəçilərə hücum edir

Kaspersky: Zərərli bank proqramları dünyadakı istifadəçilərə hücum edir

16-07-2020
Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021
Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021
 Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

23-11-2022
Kaspersky fişerlərin saxta səhifələri necə yaratması barədə danışır

Kaspersky fişerlərin saxta səhifələri necə yaratması barədə danışır

11-04-2022
Kaspersky: “BlueNoroff” kriptovalyuta startaplarının hesablarını boşaldır

Kaspersky: “BlueNoroff” kriptovalyuta startaplarının hesablarını boşaldır

26-01-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə