Previous Next
Bağla

Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

25-07-2022 10:48
Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

Bu yaxınlarda Azərbaycan sakinlərinə istifadəçiləri gizli şəkildə pullu xidmətlərə abunə edən və şəxsi məlumatları ələ keçirən yeni zərərli proqramla bağlı xəbərdarlıq edilib. Kaspersky xatırladır ki, belə abunəçi troyanları Android platformalı cihaz istifadəçilərindən pul qoparmağın klassik üsullarından biridir.

Xeberler.az bildirir ki, artıq bir neçə ildir ki, onlar adi istifadəçilərin telefonuna sızaraq, faydalı proqramları imitasiya edir və gizli şəkildə pullu xidmətlərə abunə edirlər.

Çox vaxt, bu tip troyanların hərəkətləri nəticəsində istifadəçilər müxtəlif qanuni xidmətlər üçün onların xəbəri olmadan ödəniş edirlər, bunun üçün isə təcavüzkarlar faiz əldə edirlər. Lakin bəzən zərərli proqram istifdəçini təcavüzkarların öz “xidmətlərinə” qoşur. Həmçinin, zərərli proqram SMS və ya push bildirişlərinə giriş tələb edə bilər ki, bunun sayəsində abunəlik üçün təsdiq kodları ələ keçirilə bilər. Daha sonra isə təsdiq kodu görünməz bir pəncərədə açılan abunə səhifəsinə yönləndirilir.

Zərərli proqramlar Google Play vasitəsilə ucuz və “faydalı” proqramlar adı altında yayıla bilər, məsələn, video və ya foto redaktorlar, əlavə emojilərin quraşdırılması, şəxsi interfeys dizaynının yaradılması, sağlamlığa nəzarət üçün proqramlar, menyuların yaradılması, kalori miqdarının hesablanması və s. Bununla belə, ödəniş səhifəsini vərəqləyərək görə bilərsiniz ki, “xidmətə” giriş birdəfəlik ödənişlə deyil, avtomatik ödəniş qaydası ilə abunəliklə ilə təmin edilir.

“Hətta faydalı proqram belə təhlükə yarada bilər. Buna görə də, təcavüzkarların yeminə aldanmamaq üçün hər hansı xidmət haqqını ödəməzdən əvvəl, nə qədər uzun olsa da, həmişə istifadəçi müqaviləsini oxumağınızı tövsiyə edirik. Etibarlı təhlükəsizlik həllindən, o cümlədən, mobil cihazlarda istifadə etmək eyni dərəcədə vacibdir - o, təhdidə qarşı əlavə sığorta rolunda çıxış edəcək. Həmçinin proqramlarınızın siyahısını mütəmadi olaraq nəzərdən keçirməkdə və onların telefonunuzda tələb edə biləcəyi “əlavə” hüquqları məhdudlaşdırmaqda fayda var”, - deyə Kaspersky bildirir.

Arzuolunmaz abunələrdən yan keçmək üçün Kaspersky tövsiyə edir:

  • qeyri-rəsmi mənbələrdən proqramlar quraşdırmayın - bu, cihazın təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq;
  • Google Play və ya digər rəsmi mağazalardan proqramları yükləməzdən əvvəl onlar haqqında rəyləri oxuyun və reytinqlərə baxın;
  • tətbiqin platformaya yerləşdirildiyi tarixi yoxlayın. Mağazalar şübhəli saxta versiyaları silirlər, buna görə də təcavüzkarlar mütəmadi olaraq yoluxmuş proqramların yeni versiyalarını yaradırlar. Marağınızı cəlb edən tətbiq mağazaya təzəlikcə əlavə edilibsə, bu ehtiyatlı olmaq üçün bir səbəbdir;
  • tətbiqlərə cihazınıza minimal giriş imkanı verin. Ona bildirişlərinizi və ya SMSlərinizi oxumağa icazə verməzdən əvvəl bunun həqiqətən zəruri olub olmadığını nəzərdən keçirin;
  • mobil cihazlar da daxil olmaqla, Android üçün Kaspersky Internet Security kimi etibarlı həllər quraşdırın cihazlarınızda etibarlı həllərdən istifadə edin.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

25-08-2021

Kaspersky: Danışığınız qeydə alına bilər

18-04-2022

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Kaspersky xəbərdarlıq edir: naməlum tətbiqlərə “yox” deyin

11-10-2021

“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

28-06-2019

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

23-11-2022

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021

Kaspersky kütləvi zərərli poçt göndərişləri aşkarlayıb

04-05-2022

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023

Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

28-09-2021

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022

Azərbaycan zərərli hücuma məruz qalan istifadəçilərin sayına görə 7-ci yeri tutub

03-06-2022

Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

30-01-2020

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021

Fidyə proqramlarının hücumları getdikcə daha da hiyləgərləşir

07-09-2022

"Android"də yeni virus SMS-i gizlətməyi öyrənib

03-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə