Previous Next
Bağla

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018 12:14
Mobil bank troyanların kəskin artması aşkar edilib

“Kaspersky Lab” 2018-ci ilin ikinci rübündə 61 mindən artıq quraşdırıcı mobil bank troyan paketini aşkar edib.

Xeberler.az bildirir ki, bu rəqəm əvvəlki rübün göstəricisini üç dəfədən çox üstələyir. Eyni zamanda aşkar olunan troyanların böyük bir qismi zərərli Hgwar ilə, təqribən 5 mini isə Agent ilə bağlıdır.

Troyan şifrləyicilər adətən müxtəlif qanuni əlavələr adı altında yayılır. Sonra, bank əlavəsinin işə salınması zamanı zərərli proqram bu əlavənin interfeysi üzərindən şəxsi fişinq interfeysi çıxarıb, istifadəçinin daxil etdiyi məlumatı oğurlaya bilər.

“Kaspersky Lab”ın ekspertlərinin məlumatına əsasən, hesabat dövründə mobil bank troyanlarının hücumuna məruz qalan istifadəçilərin ən böyük payı olan ölkələrin ilk üçlüyünə ABŞ (0,79%), Rusiya, (0,7%) və Polşa (0,28%) daxil olub. Polşa əsasən “Agent” və “Marcher” troyanlarının fəal yayılması sayəsində doqquzuncu yerdən üçüncü yerə qalxıb.

Kaspersky Lab şirkətinin mütəxəssisləri güman edirlər ki, 2018-ci ilin ikinci rübündə qeydə alınan mobil bank troyanlarının rekord sayı məhz mobil qurğular üçün zərərli proqramların artmasını əks etdirən qlobal tendensiyanı təsdiq edir.

"Ekspertlər tərəfindən qeydə alınan mobil bank troyanların sayı tarixi maksimuma çatıb. Zərərli proqramlar sayının sürətlə artması göstərir ki, kibercinayətkarlar daim sözügedən proqramların yeni modifikasiyalarını yaradıb, onların aşkar edilməsini daha mürəkkəb edirlər. Cinayətkarlar öz gəlirlərini artırmaq üçün müxtəlif üsullar işlədirlər. Mobil istifadəçiləri və ümumiyyətlə mobil sənayesi yaxın aylarda son dərəcə ehtiyatlı və sayıq olmalıdır ki, hələlik bu tendensiya davam etməkdədir“, – deyə, “Kaspersky Lab”ın antivirus eksperti Viktor Çebışev bildirib.

Mobil qurğuların zərərli proqramlardan yoluxma riskini azaltmaq üçün Kaspersky Lab bir neçə qaydalara əməl etməyi tövsiyə edir:

  • əlavələri yalnız rəsmi mağazalardan yükləyin;
  • əlavələrə verdiyiniz icazələri yoxlayın: əgər istənilən tələb proqramının əsas məqsədinə uyğun deyilsə sayıq olmaq lazımdır;
  • mobil cihazları kibertəhlükələrdən qorumaq üçün “Android” üçün “Kaspersky Internet Secrity” kimi etibarlı həllərdən istifadə edin;
  • naməlum şəxslərdən göndərilən (o cümlədən mesencerlərdə də) şübhəli linklərə keçməyin;
  • rutinqli (superistifadəçi hüquqlarına malik olan) qurğulardan istifadə etməyin – onlar kibercinayətkarlara sonsuz imkanlar verə bilər.

İnformasiya təhlükələrinin 2018-ci ilin ikinci rübündə inkişafı haqqında hesabatın tam versiyası ilə  bu saytda tanış ola bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019

Ötən il dünya üzrə mobil təhlükələrin sayı iki dəfəyədək artıb

07-03-2019

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016

Mobil istifadəçilər ən çox hansı zərərli məzmunla qarşılaşır?

09-02-2018

Kaspersky: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb

04-06-2021

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

25-08-2021

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

01-11-2018

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Kaspersky Lab hesabat açıqladı

29-06-2018

Ölkədə 12 mindən çox istifadəçi kiberhücuma məruz qalıb

20-02-2018

FinSpy messencerlərdəki yazışmaları oxuyur

25-07-2019

Kaspersky: Danışığınız qeydə alına bilər

18-04-2022

Kasperdky: Cinayətkarlar tanışlıq xidmətlərinin adlarından istifadə edir

27-02-2020

“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

28-06-2019

Azərbaycanda şifrələnmə hücumlarının sayı artır

29-08-2019

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009

iOS qurğularında yeni zərərverici aktivlik qeydə alıb

28-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə