Azərbaycana aid məlumat resurslarının vahid bir verilənlər bazasında toplayaraq, azərbaycan dilli İnternet istifadəçilərinin onlardan rahat və universal şəkildə istifadə etmələrini təmin edən Kataloq.net layihəsi artıq 4-cü ilini başa vurub.
2006-cı ildə üzərində işləməyə başlanan,2007-ci ilin yanvarında tam olaraq istifadəçilərin istifadəsinə verilən layihə artıq 4 ildir ki, Azərbaycanla bağlı bir çox məlumatı eyni İnternet resursundan rahat bir şəkildə tapma imkanını təqdim edir.
Layihənin rəsmi blogunda qeyd olunan məlumata görə 2010-cu ildə Kataloq.NET-ə yarım million (519 014) nəfər istifadəçi daxil olub.İstifadəçilərin 88.9%-i Azərbaycandan olan istifadəçilərdir. Ümumilikdə isə 2010-cu il əzrində istifadəçilərin sayı,digər illərlə müqayisədə 19.6% artıb.
Kataloq.NET 2006-cı ildə yaranmış, məqsədi Azərbaycana aid məlumat resurslarının vahid bir verilənlər bazasında toplamaq, və azərbaycan dilli İnternet istifadəçilərinin onlardan rahat və universal şəkildə istifadə etmələrini təmin etməkdir. Bu istiqamətdə atılan ilk addım, Azərbaycanın Digital Kataloqunun yaradılmasıdır. Kataloqda yer alan bütün məlumatlar AR Konstitusiyasının 50-ci maddəsində nəzərdə tutulan yollara uyğun olaraq toplanılır və mənbə göstərilərək kataloqlaşdırılır.
“Kataloq” layihəsi Azərbaycan Respublikası Standartlaştırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən əmtəə nişanı olaraq qeydiyyata alınıb. Bununla da “Kataloq” Azərbaycanda əmtəə nişanı olan ilk İnternet layihəsi adını qazanıb.
Biz də xeberler.az olaraq AzNet-in ən uğurlu layihələrdən biri olan Kataloq.NET-i 4 yaşı münasibətilə təbrik edir və gələcəkdə uğurlarının davamını diləyirik.
xeberler.az/Ellada
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri