Azərbaycanın bir nömrəli wap layihəsi 4 yaşında

01-10-2009 / 10:36

Azərbaycanın bir nömrəli wap layihəsi olan wap.xana.az-ın bu gün 4 yaşı tamam olur.Wap.xana.az saytı Azərbaycanın Wap bazarında liderdir ve bu liderliyini hər zaman qoruyub saxlayıb. Bu layihə 2005-ci ildən öz fəaliyyətinə başlayıb. Sayt yarandığı gündən öz yenilikləri, özəllikləri ilə istifadəçilərin diqqətini və marağını cəlb edib.

Wap.xana.az təkcə Azərbaycanda deyil,bütün dünyada tanınır.Məhz bunun nəticəsində sayt 15 dilə tərcümə olunub.Hazırda sayt istifadəçilərinin cəmi 30%-i Azərbaycandan, qalan 70%-i isə xarici ölkələrdəndir.

Layihənin rəhbəri Rəşad Əliyevin verdiyi məlumata əsasən saytın 4 yaşı münasibətilə oktyabr ayının 4-ü (bazar günü) Neft Akademiyasının yaxınlığında yerləşən NEPTUN klub-da xüsusi party təşkil olunacaq.Party haqda ətraflı məlumatı buradan əldə edə bilərsiz.

Biz də xeberler.az olaraq Azərbaycanın bir nömrəli wap layihəsi olan wap.xana.az-ı 4 yaşı münasibətilə təbrik edir, uğurlarının davamını diləyirik.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.