Previous Next
Bağla

KATV1 startaplara dəstək göstərəcək

14-01-2016 11:29
KATV1 startaplara dəstək göstərəcək

KATV1 şirkəti özünün 2016-ci il üçün nəzərdə tutulan fəaliyyət strategiyasını açıqlayıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə,  2016-cı ildə şirkət öz diqqətini internet-texnologiyaların inkişafına, şəbəkə infrastrukturunun genişləndirilməsinə, sosial, xüsusən də sahə üzrə layihələrin dəstəklənməsinə yönəldəcək, həmçinin bu çətin maliyyə durumunda öz tarif siyasətini məhz istehlakçıların xeyrinə optimallaşdırmaq üçün maksmimum səy göstərəcək.

İnternet-texnologiyaların inkişafı

Bu il KATV1 şirkəti internet-texnologiyalarına əsaslanan öz məhsullarını inkişaf etdirəcək. Xüsusilə Myvideo.az portalının servisləri genişləndiriləcək və təkmilləşdiriləcək, həmçinin televizora baxmağa və televizor vasitəsilə müxtəlif tətbiqetmələrdən (Facebook, Youtube, Instagram və s.) istifadə etməyə imkan verən Smart Box cihazının proqram təminatı optimallaşdırılacaq.

Onu da qeyd edək ki, internet-istifadəçilərin bu və ya digər problemlərinin həllinə yönələcək KATV1-in yeni media və servis layihələri də hazırda hazırlanma mərhələsindədir.

Şəbəkə infrastrukturunun genişləndirilməsi

Daha çox sayda istehlakçını yüksəksürətli və genişzolaqlı internetə çıxışla təmin etmək məqsədilə KATV1 bu il də öz şəbəkə infrastrukturunu genişləndirməyə davam edəcək. Paytaxt Bakıdan başqa ölkənin digər iri şəhərlərində də (Sumqait, Mingəçevir və Gəncə) müvafiq infrastruktur genişləndiriləcək. KATV1 şirkətinin təqdim etdiyi internet-xidmətlərin ən başlıca üstünlüyü onların optik kanallar və Ethernet-texnologiyası üzərindən göstərilməsidir ki, bu da ADSL-xidmətlərdən (telefon xətti ilə) fərqli olaraq daim bəyan edilmiş sabit yüksək sürəti təmin edir.

Bu il şirkət çalışacaq ki, elan edilən yüksək keyfiyyətə, həmçinin hətta artıq yüklənmə zamanı belə kəsintisiz, fasiləsiz və itkisiz stabil sürətə zəmanət vermək məqsədilə daha çox sayda abunəçiyə geniş buraxılış qabiliyyətli ayrılmış fərdi rabitə kanallarını təqdim etsin.

Sosial korporativ məsuliyyət

KATV1 şirkəti televiziya və yüksək texnologiyalar sahəsindəki kadr potensialının artırılmasına istiqamətlənən sahə üzrə müxtəlif sosial layihələrin həyata keçirilməsini də davam etdirəcək. Bu il texniki ixtisası olan tələbələr arasında müvafiq müsabiqənin keçirilməsi planlaşdırılır. Müabiqədə fəal iştirak edən tələbələr əlavə peşəkar təhsil almaq və təcrübə keçmək üçün əla imkan əldə edəcək.

Bundan əlavə şirkət internet-televiziya sahəsindəki startapları dəstəkləmək, müxtəlif formatlı internet-radioların yaradılmasına köməklik göstərmək və ayrı-ayrı maraqlı heyətlərə texniki dəstək göstərmək niyyətindədir. Ən vacib layihələrdən biri KATV1 yanında gənclər prodüser mərkəzinin yaradılması layihəsidir.

Bu il  KATV1 şirkəti AG FM beynəlxalq milli musiqi radiokanalını da inkişaf etdirməyə davam edəcək. Məlumdur ki, hazırda sözügedən radiokanal Gürcüstanda yayımlanır və qısa müddət ərzində həmin ölkədə çox populyar oldu. Sözügedən radiokanalın coğrafiyasının soydaşlarımızın yaşadığı digər xarici ölkələrdə də genişləndirilməsi məsələsi planda var.

Türkdilli dövlətlərdə mədəni təbliğat üçün platforma rolunu oynayan TMB beynəlxalq telekanalın dəstəklənməsi də mütləq davam etdiriləcək. Qeyd etmək lazımdır ki, Rusiyanı əhatə etmək məqsədilə ötən il TMB RU-nun yayımına start verilib.

KATV1 şirkəti yaxşı idman nəticələri nümayiş etdirən “Zirə” futbol klubunu da fəal şəkildə dəstəkləməyi planlaşdırır. Qeyd edək ki, operator futbol klubuna texniki dəstək göstərir.

Tarif siyasətinin optimallaşdırılması

Enerji daşıyıcılarının qiymətlərinin düşməsi və sonrakı devalvasiya ilə əlaqədar olaraq yaranmış bu çətin iqtisadi duruma baxmayaraq KATV1 şirkəti bundan sonra da öz xidmətlərini abunəçilərin maraqlarını nəzərə almaqla göstərəcək. Lakin operatorun xarici amillərdən asıllığı (müxtəlif telekanalların yayım hüquqlarının, bahalı avadanlığın, internetin dollar və avro ilə alınması) mövcud tariflərin qorunub saxlanması imkanına mühüm dərəcədə təsir edir. KATV1 şirkəti “tv+internet” endirim kampaniyasını dayandırmalı oldu. Hazırda operator xidmətlərin maya dəyərlərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirir və 2016-cı ildə istehlakçıların maraqlarını qorumaq niyyətindədir.

Məltəm Talıbzadə

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

KATV1 Bakutel-də startaplarla görüşəcək

01-12-2015

KATV1 internetin sürətini iki dəfə artırır

18-01-2016

KATV1-də işləmək istəyənlər üçün fürsət

12-02-2016

KATV1-dən məktəblilər üçün pulsuz abunəlik kampaniyası

19-05-2016

KATV1 internetin qiymətini endirib

29-09-2015

KATV1 Azərbaycan filmlərini dünyaya təqdim edəcək

02-02-2016

KATV1 startap müsabiqəsinə başladı

10-02-2016

KATV1 internetin nasazlığına görə üzr istəyir

19-11-2015

KATV1 yay kampaniyasına başladı

13-06-2016

700 bal toplayanlar 4 illik pulsuz internet əldə edəcək

29-06-2016

KATV1-dən yüksəksürətli internet üçün kampaniya

02-05-2016

KATV1 fəaliyyətini genişləndirir

11-04-2016

KATV1 Kaspersky Labaratoriyası ilə əməkdaşlığa başlayır

01-06-2016

Analoq və rəqəmli yayımı əhatə edən yeni platforma yaradılır

14-10-2016

KATV1 SmartBox platformasını Moskvada təqdim edib

01-02-2016

“KATV1” kabel televiziyası “Bakutel-2013” sərgisində yeniliklər təqdim edəcək

30-11-2013

KATV1 abunəçiləri internet sürətini pulsuz 4 qat artıra bilər

23-05-2016

Pirallahıda yeni KATV1 Müştəri Xidməti Mərkəzi açılıb

25-07-2016

KATV1 yeni xidmət kanallarını istifadəyə verib

14-12-2016

KATV1 veteranlar üçün güzəştli TV paketini təqdim edib

06-04-2016

İstifadəçilər milli telekanalları pulsuz izləyəcək

25-10-2016

KATV1 yeni texnologiya ilə daha sürətli internet təqdim edir

11-01-2016

KATV1 koronovirusla qlobal mübarizəyə qoşulub

23-03-2020

KATV1 MDB Milli Mükafatının tərəfdaşı olacaq

10-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə