Previous Next
Bağla

KATV1 fəaliyyətini genişləndirir

11-04-2016 11:40
KATV1  fəaliyyətini  genişləndirir

KATV1 “KATV1 hər yerdə” konsepsiyasına uyğun yeni inkişaf strategiyasını bəyan edib.

Şirkətdən Xeberler.az-a  verilən məlumata  görə, sözügedən konsepsiya operatorun telekommunikasiya şəbəkəsindən xaric televiziya auditoriyasının nəzərə çarpan dərəcədə genişləndirilməsini nəzərdə tutur.

Həmin konsepsiya çərçivəsində KATV1  auditoriyanın həm Azərbaycanda, həm də xaricdə genişləndirilməsilə məşğul olacaq. 

“KATV1 2016-2020-ci illər üçün iki inkişaf istiqamətini müəyyən edib – Azərbaycanda teleauditoriyanın Smart Box hesabına genişləndirilməsi və milli kanalların bütün dünyada izləməyə imkan verən Myvideo.az platformasının irəlilədilməsi”, KATV1-də qeyd ediblər.

Smart Box cihazı KATV1-in telekommunikasiya şəbəkəsi xaricində televizorda internet vasitəsilə müxtəlif telekanal və videoları izləməyə imkan verir ki, bu da Azərbaycanda olan teleauditoriyanı genişləndirməyə imkan verir.

Bazarda təqdim olunmasından qısa bir vaxt keçməsinə baxmayaraq Smart Box öz müasir funksionalı və istənilən kanalın 10-günlük arxivinin izlənməsi imkanı sayəsində çox məşhurluq qazandı. Bu “ağıllı” cihaz istənilən televizoru Smart TV-yə çevirməyə imkan verir. Smart Box sahibləri bütün milli kanalları pulsuz izləyə bilir, ödənişli xidmətə qoşulduqda isə onlar xarici kanalları da izləmək imkanını əldə etmiş olurlar.  

Bundan əlavə, Smart Box vasitəsilə myvideo.az saytında mövcud olan geniş videotekaya da çıxış əldə etmək olar, həmçinin televizorda  Skype, Instagram, Facebook və Youtube kimi məşhur tətbiqetmələrdən istifadə etmək olar.

Myvideo.az milli televiziya platforması dünyanın istənilən yerində olan internet-istifadəçilərinə ödənişsiz əsasda ümumrespublika kanallarını izləməyə imkan verir. Smart Box-la isə onları elə televiziyada izləmək olar.

Bu yaxınlarda Dağlıq Qarabağda baş vermiş hərbi əməliyyatlar zamanı Myvideo.az platforması xaricdə yaşayan soydaşlarımıza və bir çox digər istifadəçilərə Dağlıq Qarabağda baş verənlər haqqında milli telekanallar vasitəsilə obyektiv məlumat əldə etməyə imkan verdi.  Telekanalların 10-günlük arxivləşdirmə imkanı isə yenə də peyk ilə qəbul olunan standart telekanallardan daha yaxşı şərtlər yaradır.

 “Məqsədimiz tədricən teleməkanda Azərbaycan beynəlxalq brendinə çevrilməkdir. Bu məqsədlə biz müasir texnologiyalardan istifadə etməyə və öz məhsullarımızı həm dünya, həm də regional səviyyələrdə inkişaf etdirməyə davam edəcəyik”, KATV1-in məlumatında deyilir. 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

KATV1 Bakutel-də startaplarla görüşəcək

01-12-2015

KATV1 internetin nasazlığına görə üzr istəyir

19-11-2015

KATV1 MyvideoSmartBox cihazını təqdim edib

06-08-2015

İstifadəçilər milli telekanalları pulsuz izləyəcək

25-10-2016

Smart Box texnologiyası milli mükafata layiq görülüb

08-02-2016

Telekanal və video izləmək üçün ağıllı cihaz təqdim olunub

06-08-2015

KATV1 yayım paketlərinin formalaşdırılmasında dəyişiklilər edəcək

05-08-2015

KATV1 SmartBox platformasını Moskvada təqdim edib

01-02-2016

Analoq və rəqəmli yayımı əhatə edən yeni platforma yaradılır

14-10-2016

KATV1-dən məktəblilər üçün pulsuz abunəlik kampaniyası

19-05-2016

KATV1 infokanalının adını və konspesiyasını dəyişdi

12-04-2016

KATV1 Azərbaycan filmlərini dünyaya təqdim edəcək

02-02-2016

KATV1 startaplara dəstək göstərəcək

14-01-2016

KATV1 veteranlar üçün güzəştli TV paketini təqdim edib

06-04-2016

KATV1 startap müsabiqəsinə başladı

10-02-2016

KATV1 yay kampaniyasına başladı

13-06-2016

KATV1 MDB Milli Mükafatının tərəfdaşı olacaq

10-11-2015

KATV1 abunəçiləri internet sürətini pulsuz 4 qat artıra bilər

23-05-2016

Box.az-dan yeni xidmət KİM?

13-06-2010

700 bal toplayanlar 4 illik pulsuz internet əldə edəcək

29-06-2016

KATV1 kino həvəskarları üçün yeni kampaniyaya başlayıb

24-05-2016

KATV1 öz şəbəkəsinə Ukrayna telekanalı əlavə edib

22-01-2016

KATV1 internetin sürətini iki dəfə artırır

18-01-2016

KATV1 Kaspersky Labaratoriyası ilə əməkdaşlığa başlayır

01-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə