Previous Next
Bağla

Elektron məhkəmə islahatlarına dair müzakirə aparılıb

03-09-2019 15:50
Elektron məhkəmə islahatlarına dair müzakirə aparılıb

Xeberler.az bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə məhkəmə sistemi sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün nəzərdə tutulan İcra və Kommunikasiya Planı müzakirə olunub.

İnzibatçılığın təkmilləşdirilməsi və genişləndirilməsi sahəsində qarşıya çıxan problemlərin aradan qaldırılması, aidiyyəti qurumlarla inteqrasiyasının təşkili, elektron sistemin imkanlarının genişləndirilməsi əsas müzakirə mövzusu olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı açılış nitqi zamanı bildirib ki, məhkəmə sistemi sahəsində islahatlarla bağlı İcra və Kommunikasiya Planına əsasən hədəf “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” layihəsinin hazırlanmasıdır.

Həmçinin İcra və Kommunikasiya Planı üzrə təyin olunan orqan və qurumlar mərhələlərlə ”Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunacaq.
Vüsal Qasımlı Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına istinadən əlavə edib ki, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

Müzakirə zamanı məlumat verilib ki, sahibkarlıq subyektləri, aparıcı konsaltinq şirkətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə kommunikasiya və məlumatlandırma sahəsində növbəti yarım il üçün də görüləcək işlər genişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminin istifadə qaydaları hazırlanacaq. Sistemdən istifadə qaydaları ilə bağlı hakimlərə, məhkəmə aparatı işçilərinə və vəkillərə təlimlər keçiriləcək. Bundan başqa məhkəmə sistemi üzrə aparılan islahatlarla bağlı sahibkarlar arasında sorğular keçiriləcək, məlumat xarakterli broşüralar və digər materiallar hazırlanacaq.

Aidiyyəti qurumlarla aparılan müzakirə zamanı qeyd olunub ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinə ictimai nəzarət məqsədilə qaynar xətt yaradılacaq. Sistemlə bağlı statistik məlumatlar mütəmadi ictimaiyyətə açıqlanacaq, bu sahədə aparılmış islahatların üstünlükləri və nəticələri barədə KİV-də və sosial şəbəkələrdə silsilə çıxışlar təşkil ediləcək.

Məhkəmə sistemi sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün nəzərdə tutulan İcra və Kommunikasiya Planının müzakirəsində İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Maliyyə Bazarlarına Nəzarət Palatası, KOB İnkişaf Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Ekvita” şirkəti, “PricewaterhouseCoopers Azerbaijan” şirkəti, “BM Morrison Partners” şirkəti, “Ekvita”, “KPMG Azerbaijan Ltd”, “Deloitte Azerbaijan”, “Azərbaycanda Amerika Ticarət Palatası” ictimai birliyii, “MGB Law Offices”, “BM Morrison Partners”, “Dentons Azerbaijan”, Bakı Hüquq Mərkəzi, Adrem Attorneys Hüquq Şirkətinin nümayəndələri iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Biznesə başlama üzrə İcra və Kommunikasiya Planı müzakirə olunub

23-08-2019

İİTKM-də elektrik təchizatı ilə bağlı islahatlar müzakirə olunub

27-08-2019

İİKTM Biznesə başlama mövzusunda təlim keçirib

20-09-2019

Vəkillər Elektron Məhkəmə İnformasiya Sistemi ilə bağlı təlimlərə cəlb olunurlar

23-01-2019

Azərbaycanda ilk dəfə Elektron Məhkəmənin mobil versiyası təqdim olunub

02-12-2019

“Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

19-04-2025

Elektron məhkəmə informasiya sistemində son dəyişikliklər təqdim olunub

17-04-2019

Jurnalistlər “Elektron məhkəmə”ə ilə bağlı İnam Kərimova müraciət edib

10-03-2025

Biznes sahəsi üzrə ikinci yarımillik üçün planlar hazırlanıb

18-07-2019

İslahat İcmalı elektron məhkəmə islahatlarına həsr olunub

13-02-2019

Bu nazirliklər elektron məhkəmə sisteminə inteqrasiya olunacaq

30-09-2019

Alternativ icra mexanizmləri ilə bağlı beynəlxalq təcrübə öyrənilir

15-04-2019

Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası müzakirə olunub

06-06-2018

Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

30-04-2019

Prezident İlham Əliyev yeni fərman imzalayıb

04-04-2019

“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

14-02-2014

Biznes islahatları beynəlxalq qurumlara və QHT-lərə təqdim olundu

30-01-2019

"Məhkəmə Ekspertizası" informasiya sistemi yaradılır

04-11-2025

Azərbaycanda süni intellekt əsasında Vahid Məhkəmə Sistemi yaradılır

16-12-2022

Fərhad Abdullayev: Məhkəmədə süni intellektin tətbiqi müasir dövrün tələbidir

12-11-2025

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb

20-02-2026

Elektron məhkəmənin fəaliyyəti ilə tanışlıq keçirilib

14-06-2018

“Elektron məhkəmə” sistemi bu gündən bütün ölkəni tam əhatə edir

04-06-2023

96 məhkəmə orqanı ASAN ödəniş sisteminə inteqrasiya edilib

12-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə