Previous Next
Bağla

Kibersuverenlik mövzusunda respublika konfransı keçiriləcək

04-03-2026 19:06
Kibersuverenlik mövzusunda respublika konfransı keçiriləcək

05 mart 2026-cı il tarixində Azərbaycanda kibertəhlükəsizlik və rəqəmsal dövlət quruculuğu mövzusuna həsr olunmuş mühüm elmi tədbir keçiriləcək.

Xeberler.az bildirir ki, “Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” adlı respublika konfransı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki UniversitetiAzərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən birgə təşkil olunur.

Konfransın əsas məqsədi dövlətin kibersuverenliyinin təmin olunması ilə bağlı elmi-nəzəri və praktiki problemlərin, bu sahədə mövcud yanaşmaların, eləcə də aparılan tədqiqatların nəticələrinin müzakirəsidir.

Qeyd olunur ki, ölkədə genişlənən rəqəmsal transformasiya prosesi dövlət idarəçiliyində ciddi dəyişikliklər yaradır və bu sahədə yeni çağırışlar, risklər və təhdidlər formalaşdırır. Bu baxımdan tədbirdə kibersuveren dövlət modelinin qurulması, rəqəmsal dövlət sistemlərinin təhlükəsizliyi və dayanıqlılığı, eləcə də kritik infrastrukturun qorunması kimi məsələlər ön planda olacaq.

Konfrans çərçivəsində aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılacaq:

  • rəqəmsal ekosistemin formalaşdırılması

  • data və texnoloji suverenlik

  • şəbəkə və bulud infrastrukturu

  • süni intellekt həlləri

  • kibertəhlükəsizlik və rəqəmsal dayanıqlıq

  • kritik sistemlərin qorunması

  • milli rəqəmsal dövlətin inkişafı

  • enerji təhlükəsizliyi ilə kibersuverenliyin əlaqəsi

  • milli proqram sənayesinin inkişafı

  • rəqəmsal platformalarda linqvistik suverenlik

  • kadr hazırlığı və insan resursları

Tədbirdə həmçinin rəqəmsal dövlət xidmətlərinin keyfiyyəti və vətəndaş məmnuniyyətinin qiymətləndirilməsi, bulud əsaslı dövlət infrastrukturunun qurulması kimi aktual mövzular da müzakirə olunacaq.

Konfrans kibersuveren dövlətin formalaşdırılması istiqamətində gələcək tədqiqat prioritetlərinin müəyyənləşdirilməsi üçün mühüm platforma kimi çıxış edəcək və qlobal çağırışlara uyğun həllərin müzakirəsinə töhfə verəcək.

Bu konfrans ölkədə kibertəhlükəsizlik və rəqəmsal suverenlik sahəsində elmi müzakirələrin genişləndirilməsi baxımından əhəmiyyətli tədbirlərdən biri hesab olunur.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

29-01-2026
“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” müzakirə edilib

“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” müzakirə edilib

10-03-2026
“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” konfransı başa çatıb

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” konfransı başa çatıb

10-06-2026
Kibertəhlükəsizlik və rəqəmsal kriminalistika üzrə konfrans keçiriləcək

Kibertəhlükəsizlik və rəqəmsal kriminalistika üzrə konfrans keçiriləcək

17-03-2026
"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

06-06-2026
İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015
Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

14-05-2025
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
Milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasının elmi problemləri araşdırılır

Milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasının elmi problemləri araşdırılır

13-04-2026
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026
Rəqəmsal dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat müzakirə edilib

Rəqəmsal dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat müzakirə edilib

20-10-2025
Informasiya təhlükəsizliyinə dair V respublika konfransı keçiriləcək

Informasiya təhlükəsizliyinə dair V respublika konfransı keçiriləcək

12-11-2019
Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

26-05-2026
Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

14-05-2026
BANM-in rektoru “Kiber Suverenlik” konfransında iştirak edib

BANM-in rektoru “Kiber Suverenlik” konfransında iştirak edib

27-05-2025
İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

06-03-2026
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
“İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək

“İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək

08-01-2015
Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025
Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

05-01-2026
XRİTDX nümayəndələri Milli Müdafiə Universitetində elmi seminarda çıxış edib

XRİTDX nümayəndələri Milli Müdafiə Universitetində elmi seminarda çıxış edib

27-04-2026
Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025
Azərbaycan “Regional Kibertəhlükəsizlik Həftəsi”də təmsil olunub

Azərbaycan “Regional Kibertəhlükəsizlik Həftəsi”də təmsil olunub

16-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə