“Kibertəhlükəsizlik üzrə Maarifləndirmə Ayı” üzrə tədbirlər davam edir

30-10-2025 / 19:06

AKTA və Cybernetics MMC-nin birgə təşkilatçılığı ilə “Kibertəhlükəsizlik üzrə Maarifləndirmə Ayı” çərçivəsində tədbirlər davam edir 

Xeberler.az bildirir ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və üzv şirkətimiz olan Cybernetics MMC-nin birgə təşkilatçılığı ilə “Kibertəhlükəsizlik üzrə Maarifləndirmə Ayı” çərçivəsində həyata keçirilən “Kiberdələduzluqla mübarizə, rəqəmsal təhlükəsizlik və maarifləndirmə” mövzusunda maarifləndirici tədbirlər uğurla davam edir. 

Bu çərçivədə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və DİN-in Polis Akademiyasında seminarlar təşkil olunub. 

Seminarlarda tələbələr və müəllim heyəti üçün rəqəmsal mühitdə təhlükələrin tanınması, sosial mühəndislik və kiberdələduzluq hallarına qarşı mübarizə yolları, eləcə də rəqəmsal gigiyena və təhlükəsiz davranış vərdişləri mövzularında təqdimatlar keçirilib.

Tədbirlər interaktiv şəkildə təşkil olunaraq viktorinalar, sual-cavab sessiyaları və gənclər üçün motivasiyaverici müzakirələri özündə birləşdirib. Fəal iştirakçılara AKTA və Cybernetics MMC tərəfindən hədiyyələr təqdim olunub.

Layihənin məqsədi gənclərin rəqəmsal təhlükəsizlik sahəsində biliklərini artırmaq, universitetlərdə kiber klubları real kibertəhdidlərə barədə maarifləndirmək və bu sahəyə maraq göstərən tələbələri peşəkar inkişaf istiqamətində dəstəkləməkdir.

Tədbirlər davam edir və yaxın günlərdə digər ali təhsil müəssisələrində də keçiriləcəkdir.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə