Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal İnnovasiya – “ITU Digital World Awards” müsabiqəsi keçiriləcək

30-04-2021 / 17:39

Oktyabrın 12-dən 15-dək Ümumdünya Telekommunikasiya İttifaqının (ÜTİ) dəstəyi və təşkilatçılığı ilə Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal İnnovasiya – “ITU Digital World Awards” müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

Xeberler.az bildirir ki, İnnovasiyalar Agentliyi Azərbaycanda startap və şirkət rəhbərlərini müsabiqədə iştirak etmək üçün dəvət edir. Müsabiqəyə qatılmaq üçün layihələrin aşağıda göstərilən beş mövzudan birinə uyğun olması kifayətdir:

• bağlantı, şəbəkə və rabitə (Connectivity)

• “ağıllı şəhərlər” (Smart cities, smart living)

• e-sağlamlıq (E-health)

• rəqəmsal maliyyə (Digital finance)

• e-təhsil (E-education)

Müsabiqədə iştirak etmək üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz: https://digital-world.itu.int/.../awards-application-form/

Ətraflı məlumat üçün bu linkdən keçid edin: https://digital-world.itu.int.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.