Google yeni aldığı patent ilə texnologiya dünyasını özünə cəlb etməyi bacardı. Google-nin yeni patenti ilə kompüterlərdəki "space" düyməsi çıxarılır.
Kompüterin ən əhəmiyyətli hissələrindən biri də klaviaturadır. Google aldığı son patent ilə noutbuklardakı klaviaturanı dəyişdirir. Klaviaturada ölçüsü ilə seçilən, Google-nin marağını çəkən space düyməsi, Google-a görə noutbuklarda gərəksiz dərəcədə böyükdür. Bu vəziyyəti aradan qaldırmaq istəyən şirkət yeni bir patent aldı.
Xəbərlər xarici mətbuata istinadən məlumat verir ki, Google-nin yeni patenti ilə noutbuklardakı touchpad ilə space düyməsi birləşir. Bu şəkildə həm böyük touchpad üstünlüyü həm də fərqli bir space düyməsi təcrübəsi istifadəçiləri gözləyir.
Bəs patentdəki boşluq düyməsi nə ilə əvəz olunur ? Google-nin yeni space düyməsi istifadəsi üçün məntiqli bir fikri var. Şirkət, klaviatura üçün ağıllı bir proqram inkişaf etdirir. Bu proqram istifadəçinin yazdığı mətndə space düyməsi lazımlı olduğunda Touchpad-i space düyməsinə çevirir. Hələlik yalnız plan mərhələsində olan layihənin patenti alınıb. Google-nin bu patenti bir sonrakı Chromebook modelində istifadəsi gözlənilir.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri