Previous Next
Bağla

“GlobE Network” çərçivəsində VI plenar iclasın açılış mərasimi keçirilir

20-05-2025 10:12
“GlobE Network” çərçivəsində VI plenar iclasın açılış mərasimi keçirilir

Bakıda BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – “GlobE Network” çərçivəsində altıncı plenar iclasın açılış mərasimi keçirilir.

Xeberler.az məlumat verir ki, tədbirin açılış mərasimində Prezident İlham Əliyevin “GlobE”nin VI Plenar İclasının iştirakçılarına müraciəti oxunub. Müraciəti Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev təqdim edib.

Qeyd edək ki, tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu, o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan ümumilikdə 300-dən artıq nümayəndə fiziki, 60-dan artıq iştirakçı isə onlayn formatda iştirak edir.

Tədbirdə müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarını təmsil edən 50-yə yaxın rəhbər vəzifəli şəxslər iştirak edir.

Əsas mövzusu “Korrupsiyaya qarşı mübarizədə yeni texnologiyalar və süni intellektin tətbiqi imkanları” olan plenar iclasda korrupsiya nəticəsində əldə edilmiş vəsaitlərin müsadirəsi, əldə edilmiş aktivlərin birbaşa bərpası, maliyyə əməliyyatlarında şübhəli əməliyyatların dayandırılması, cinayət prosesində bank hesablarının sürətli dondurulması üzrə beynəlxalq əməkdaşlıq, korrupsiyaya qarşı mübarizədə ictimai maarifləndirmə və digər altmövzular üzrə panel, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış nəzərdə tutulur.

Eyni zamanda, plenar iclas çərçivəsində Azərbaycan Respublikası Prokurorluğunun təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar, habelə ölkəmizin COP29 sədrliyi ilə bağlı ekoloji hüquqpozmalara qarşı mübarizə ilə bağlı xüsusi sessiya və paralel tədbirlər də keçiriləcək.

Bundan başqa, tədbirdə çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi və qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanması planlaşdırılır.

Beynəlxalq tədbir mayın 23-dək davam edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron Prokurorluq İnformasiya Sistemi mükafata layiq görülüb

26-11-2025

Dövlət Xidmətində Korrupsiya hüquqpozmalarına qarşı mübarizə üzrə seminar müşavirə keçirilib

09-04-2024

RİNN-in nümayəndələri EaPeReg-in 21-ci plenar iclasında iştirak ediblər

26-05-2023

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində konfrans keçirilib

25-07-2018

Dövlət Xidmətində seminar-müşavirə keçirilib

29-12-2025

Rəqəmli bazarların uyğunlaşdırılması iclasında ölkəmiz də təmsil olunub

22-06-2018

Prezident korrupsiyaya qarşı tədbirlər barədə yeni Sərəncam imzaladı

04-04-2022

Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin 15-ci plenar iclası keçirilib

03-07-2020

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

22-09-2025

Korrupsiyaya qarşı texnologiyalardan istifadə genişləndirilir

20-05-2016

Ötən il korrupsiya ilə bağlı 7809 müraciətə baxılıb

17-01-2018

Azercell-in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib

11-12-2024

Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

26-04-2024

Üçüncü Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir

20-07-2025

“Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib

02-04-2024

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

27-06-2019

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi canlı yayımda sualları cavablandıracaq

12-02-2019

"Rəqəmsallaşma həllərinin artırılması üzərində fəaliyyətimizi gücləndirmişik"

16-03-2023

Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə sertifikata layiq görülüb  

19-12-2023

“Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” təsdiqlənib

29-04-2016

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

23-05-2019

Azərbaycan “Kibercinayətkarlığa qarşı” Konvensiyanı imzalayıb

28-10-2025

Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

23-09-2022

Azərbaycan Avropa Poçt Tənzimləmə Komitəsinin iclasında təmsil olunub

02-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə