“Bu əsr kosmik texnologiyalar əsridir. Bu dövrdə əsas məsələlərdən biri də kadr hazırlığıdır. Bu məsələnin vacibliyini nəzərə alaraq, Azərbaycanda “Kosmik texnika və texnologiya” ixtisası üzrə bakalavr və magistr hazırlığına başlanmasını məqsədəuyğun hesab edirəm”.
Xeberler.az bildirir ki, bu təkliflə AMEA Rəyasət Heyətində Yer Elmləri Bölməsinin (YEB) akademik-katibi, akademik Fəxrəddin Qədirov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin geniş iclasında çıxış edib.
Onun sözlərinə görə, 2013-cü ildə ilk telekommunikasiya peyki Azerspace-1-i orbitə çıxaran Azərbaycan bununla da kosmik ölkələr sırasına adını yazdırıb:
“Bununla da BMT-nin müvafiq komitəsində Azərbaycan kosmik peykləri olan ölkələr sırasına daxil olub və kosmik fəzanın sülh məqsədləri ilə istifadəsinə dair öhdəliklər götürüb. 2014-cü ilin sonlarında buraxılan “Azersky” - yer səthinin məsafədən müşahidə peykinin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, geoloji kəşfiyyat, turizm, coğrafiya və s. kimi geniş tətbiq sahələri var.” Bu peykin orbitə çıxarılması AMEA-da Yer Elmləri sahəsində fundamental tədqiqatlara və problemlərim müasir üsullarla həllinə yol açır:
“Kosmik texnologiyalar cəmiyyət üçün ən müasir sahələrdən biridir. Bu sahədə proqramların inkişafı dövlətin iqtisadi, elmi-texniki gücünü göstərir. Kosmik texnologiyalar xalq təsərrüfatının ən aparıcı sahəsinə çevrilməkdədir”.
Akademik, həmçinin kosmik sahədə kadr hazırlığını gücləndirmək məqsədi ilə Rusiya, Qazaxıstan, Fransa və s. kimi ölkələrlə əlaqələrin genişləndirilməsini məqsədəuyğun sayıb. Kosmik elmin inkişafında təcrübənin əsaslı rol oynadığına da diqqət çəkən akademik-katib bunun üçün Azərbaycanda Azərkosmos-un güclü maddi-texniki bazaya sahib olduğunu vurğulayıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri