Previous Next
Bağla

Kredit müqavilələri haqda məlumatlar elektron qaydada təqdim ediləcək

04-04-2012 11:29
Kredit müqavilələri haqda məlumatlar elektron qaydada təqdim ediləcək

Dövlət zəmanəti ilə alınan kreditlər üzrə bağlanmış müqavilələr haqda  məlumatlar elektron qaydada təqdim ediləcək. Belə ki, vergi orqanına bu kreditlər hesabına mal (iş, xidmət) alınması ilə əlaqədar bağlanılan, məbləği 50 min manatdan yuxarı olan müqavilələr barədə məlumat formasının təqdim edilməsi tapşırılıb.

Elektron xəbər xidmətindən əldə edilən məlumata əsasən, fərmanın icrası ilə bağlı vergilər nazirinin əmrlərinə əsasən, artıq müqavilələr barədə məlumatların elektron təqdim edilməsi üçün müvafiq forma və həmin formanın doldurulması qaydası təsdiq edilib.

Vergilər Nazirliyindən bildirilib ki, yeni formalarla yanaşı, məlumatların alınması, təhlil edilməsi və müvafiq tədbirlərin görülməsi üçün nazirlikdə yeni bir struktur - Dövlət satınalmaları üzrə vergi nəzarəti şöbəsi də yaradılıb: ”Nəhayət, bağlanılmış müqavilələr barədə məlumatların elektron təqdim edilməsi üçün yeni forma və həmin formanın doldurulması qaydası təsdiq edilib, dövlət satınalmalarına vergi nəzarəti üzrə Metodiki Tövsiyələr hazırlanıb. Yeni forma satınalmalar üzrə daha ətraflı məlumat almağa, dövlət satınalmalarına vergi nəzarətinin Metodiki Tövsiyələri isə bu sahədə vergitutma baxımından mövcud olan çatışmazlıqları daha səmərəli aradan qaldırmağa imkan verəcək”.

Nazirlikdə hesab edilir ki, bağlanılmış müqavilələr barədə məlumatların elektron təqdim edilməsi üçün yeni formanın və Metodiki Tövsiyələrin təsdiq edilməsi dövlət satın­almalarının effektiv surətdə vergiyə cəlb edilməsi üçün çox əhəmiyyətlidir. Bundan başqa, bu yenilik vergidən yayınma hallarının qarşısının alınmasına, büdcə ayırmalarından səmərəli və şəffaf istifadə vasitəsilə vergitutma bazasının genişləndirilməsinə də təkan verəcək.

 

Mirvari

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət informasiya ehtiyatları və fərdi məlumatlarla bağlı yeni statistika açıqlanıb

17-05-2014

Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edib

21-04-2014

Əmlak Məsələləri Dövlət Komitəsi bu il 15 yeni elektron xidmətin tətbiqini nəzərdə tutub

07-04-2014

Yaxın gələcəkdə vətəndaşlar öz əmlakları haqda məlumatları internetdən əldə edə biləcəklər

07-04-2014

Vergilər Nazirliyi bu il nə edəcək?

24-06-2011

Ən çox istifadə olunan elektron xidmətlərin siyahısı açıqlandı

10-01-2013

Azərbaycanda kosmik sənayenin yaradılması haqda Dövlət Proqramı rəsmən təsdiq olundu

19-08-2009

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023

Korrupsiyaya qarşı mübarizəyə aid yeni sayt istifadəyə verildi

15-02-2011

“Elektron hökumət” portalı vasitəsilə ən çox hansı xidmətlərdən istifadə olunur?

11-03-2013

Azərbaycanda mühasibatlıq məcburi qaydada elektron formada aparılacaq

29-12-2010

E-xidmətlər üzrə inzibati reqlamentlər təsdiqlənib

18-08-2015

Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planını təsdiq edilib.

06-09-2012

Azərbaycan sığorta sahəsində elektron imzanın tətbiqinə hazırlaşır

08-07-2011

Üç ay ərzində “Elektron xidmət növlərinin siyahısı”na əmlaka dair daha 7 e-xidmət əlavə edilib

24-04-2014

Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin proqram təminatı artıq hazırdır

14-03-2014

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu banklarla görüş keçirəcək

19-09-2013

Hüquqi şəxslərin elektron qeydiyyatına (elektron imzanın tətbiqiylə) başlanacaq

06-02-2012

Yaxın günlərdə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun ilk müsabiqəsi elan olunacaq

19-02-2014

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013

Onlayn ticarətlə məşğul olmaq üçün vergi vermək lazımdırmı?

03-09-2013

Ən çox istifadә olunan elektron xidmәtlәr hansılardır?

09-04-2013

Mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq subyektlərin dairəsi müəyyənləşir

17-10-2023

Vergi inzibatçılığında tətbiq edilən ən son yeniliklər

16-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə