Previous Next
Bağla

Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib

19-01-2026 10:05
Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib

Leyla Əliyeva Efiopiya Federativ Demokratik Respublikasında səfərdədir.

Xeberler.az məlumat verir ki, Leyla Əliyevanı Efiopiyanın planlaşdırma və inkişaf naziri Fitsum Assefa Adela qarşılayıb.

Leyla Əliyevanın şərəfinə Efiopiyanın qədim və zəngin mədəniyyətini əks etdirən ənənəvi qəhvə mərasimi təşkil olunub. Tədbir zamanı qonaqlara bu qədim ritualın detalı haqqında məlumat verilib. Mərasimin sonunda qonaqlara əsrarəngiz ətri və özünəməxsus dadı ilə seçilən təzə dəmlənmiş Efiopiya qəhvəsi təqdim olunub.

Daha sonra Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib. Burada onu Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirin ofisinin rəhbəri və kabinet işləri naziri Alemtsehay Paulos qarşılayıb.

Məlumat verilib ki, Efiopiya Elm Muzeyi 2022-ci ilin oktyabrında ziyarətçilərin istifadəsinə verilib. Yeddi hektar ərazidə inşa olunmuş və 80 faizi yaşıl sahədən ibarət olan muzey iki möhtəşəm binadan ibarətdir. Bu nəhəng muzey kompleksi elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərmək, müxtəlif sahələr üzrə həm qədim, həm də müasir texnologiyaları qoruyub saxlamaq və onları gələcək nəsillərə ötürmək məqsədi daşıyır.

Efiopiyanın Baş naziri Abiy Ahmedin təşəbbüsü ilə inşa edilən kompleksdə elm və texnologiyaya həsr olunan müasir interaktiv eksponatlar, planetarium və günəş panelləri kimi ekoloji cəhətdən təmiz dizayn elementləri yer alır.

Muzey xüsusilə gənclər arasında innovasiyanı və rəqəmsal bacarıqların inkişafını təşviq etməyi hədəfləyir, texnoloji tədbirlər və konfranslar üçün mühüm mərkəz rolunu oynayır. Uşaqlar və gənclər arasında böyük populyarlıq qazanan muzeyi indiyədək 7 milyon uşaq ziyarət edib. Bu kompleks Efiopiyanın rəqəmsal transformasiya istiqamətindəki səylərinin əsas elementi olmaqla yanaşı, həm müasir elmi, həm də milli irsi uğurla nümayiş etdirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Efiopiyada "ASAN xidmət" mərkəzi açılıb

21-06-2025

Efiopiya nümayəndə heyəti “ASAN xidmət”də olub

02-12-2024

Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzini ziyarət ediblər

25-02-2026

Efiopiyanın Baş naziri “ASAN xidmət”də olub

27-02-2026

İRİA və Efiopiyanın dövlət rəsmiləri görüşüb

10-12-2024

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30-12-2024

Efiopiyada “ASAN xidmət” modeli əsasında xidmət mərkəzlərinin açılışı olub

17-03-2026

Muzey ziyarətləri üçün onlayn bilet almaq mümkün olacaq

19-02-2019

Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər

31-12-2024

“ASAN xidmət”in Afrikada tətbiqi genişləndiriləcək

23-06-2025

“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb

04-10-2024

Bakıda İnformasiya Texnologiyaları muzeyi yaradılacaq

13-11-2025

Azərbaycan və Gürcüstan nazirləri Qubada STEAM Mərkəzində olublar

25-07-2025

Ədəbiyyat Muzeyinin veb-saytı yenilənib

29-09-2016

Microsoft Azerbaijan dövlət başçısına məhsullarını təqdim edib

08-12-2017

“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil edib

24-06-2025

Azercell süni intellektlə milli dəyərləri bir araya gətirir!

31-08-2024

Şəhid övladları “Rabitə” muzeyini ziyarət ediblər

09-12-2021

“Zərifə Əliyeva - 100” adlı elektron layihə istifadəyə verilib

28-04-2023

Azərbaycanla Çin arasında elm, texnologiya və süni intellektə dair sənədlər imzalanıb

12-06-2025

ABŞ-da Gəncə virtual muzeyi yaradılacaq

27-02-2013

Azərbaycan Muzey Mərkəzinin veb-saytı hazırlanıb

24-09-2009

Efiopiyanın nümayəndə heyəti "ASAN xidmət"də olublar

20-05-2026

Azərbaycan Milli Elmlər Akademiyası ləğv edildi

28-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə