LG W2284F - ən kontrastlı monitor
LG Electronics şirkəti öz alıcılarını dinamik 30000:1 kontrastlı W2284F monitorunun buraxılışı xəbəri ilə sevindirdi.
Sürüşkən, parlaq korpuslu, şəffaf altlıqlı, yüngül işıqlandırılma ilə təchiz edilməsi, monitoru yandırıb-söndürən düymənin qeyri-adi, damcı şəklində olması - nəzərdən qaçmayan və iF Product Design 2008 tərəfindən hədiyyə ilə mükafatlandırılan aşkar üstünlüklərdir. LG Digital Fine Contrast (DFC) texnologiyası dinamik kontrastı 30000:1-ə qədər böyütməyə imkan verir. Hazırkı dövrdə bu ən yüksək göstəricidir.
4:3 in Wide funksiyası standart formatlı şəkili 16:9 ekranlı böyük formatda qüsursuz göstərir. Photo Effect funksiyası isə video və ya slayd şou sevənlərə lazım olacaq. Onun köməyi ilə dörd vizual effektdən - Natural, Gaussian Blur, Sepia, Monochrome - birini seçmək olar.
Monitor multimediya funksiyaları ilə yanaşı təsviri yaxşılaşdıran LG FLATRON f engine prosessoruna da malikdir.