Köhnə fotokameraya Wi-Fi qoşa biləcəksiniz

04-10-2017 / 15:46

“I'm Back” adlı qurğu fotolentdən qurtulmağa və köhnə fotokameraya Wi-Fi, video çəkilişi və xarici monitor əlavə etməyə imkan verəcək.

Xeberler.az xarici mediaya  istinadən məlumat verir ki, saytın yeni qurğunu istənilən lentli 35 mm fotokameraya qoşmaq olar, bunun üçün 1950-1990-cı illərin istənilən modeli uyğun gəlir.

Qurğu fotokamerada lent üçün nəzərdə tutulmuş yerə taxılır və kameranın göstəricilərini əhəmiyyətli dərəcədə artırır. Qurğunun özündə 16 meqapiksel təsvir ölçüsünə malik rəqəmsal CMOS-sensor və Panasonic şirkətinin optik qurğusu var ki, bunlar da fotolent sistemini əvəz etməyə imkan verir.

Təsviri Raspberry Pi Zero yığcam çipi emal edir. “I'm Back” qurğusunun qoşulduğu köhnə fotokamera 2880x2160 piksel təsvir ölçüsünə malik JPG formatında foto və MP4 formatında video çəkə biləcək.

O, həmçinin məlumatları Wi-Fi vasitəsilə göndərə və smartfonları xarici monitor kimi qoşa biləcək. Fayllar microSD kartında saxlanılacaq. Qurğunun istehsalçısı fotokameranın funksiyalarının idarə edilməsi və rejimlərin quraşdırılması üçün sadə əməliyyat sistemi də hazırlayıb.

Qiyməti 126 avro təşkil edən “I'm Back” dəstinin ilkin sifarişləri Kickstarter platformasında qəbul edilir. Onların 2018-ci ilin mayında çatdırılması planlaşdırılır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə