Sony Ericsson şirkəti mobil telefonlar üçün nəzərdə tutulan qulaqlıq dəstini təqdim etdi. Dünyada ilk “hərəkətli” dəst olan MH 907 modeli müəyyən hərəkətlərin köməyi ilə idarə oluna bilər. Model “Hərəkət ilə aktivləşdirmək” funksiyası ilə yeniliyə imza atır.
Cihazdan istifadə isə çox asandır. Musiqiyə qulaq asmaq üçün qulaqlıqları hər iki qulağa taxmaq kifayətdir, bundan sonra mahnı avtomatik olaraq səslənəcək. Fasilə üçün isə qulaqlıqlardan birini çıxartmaq lazımdır. Daxili zəngləri qəbul etmək üçün isə qulaqlıqlardan birini qulağa taxmaq kifayətdir.
Qulaqlıqlar müxtəlif rəng çalarlarında, sarı- ağ, titan (titan Chrome) təqdim edilir. Qulaqlıq naqilinin uzunluğu 164 sm, çəkisi 25,32 qramdır. Sony Ericsson qeyri-adi MH 907 dəstinin satışa çıxarılma tarixi və qiyməti hələlik bəlli deyil. Qulaqlıq dəstinin bu həftə Avropada satışa çıxarılacağı təxmin edilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri