Previous Next
Bağla

"Maliyyə texnologiyalarının təkmilləşdirilməsi zəruridir"

13-06-2023 11:00
 "Maliyyə texnologiyalarının təkmilləşdirilməsi zəruridir"

Azərbaycanda maliyyə texnologiyalarının və bu sahədə idarəetmənin təkmilləşdirilməsi zəruridir.

Xeberler.az məlumat verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən "Fintech Summit" - Maliyyə və Texnologiyalar Sərgisində bildirib.

"Beynəlxalq Valyuta Fondunun (IMF) Qafqaz və Mərkəzi Asiya regionu üçün hazırladığı sənəddə deyilir ki, idarəetmə, tənzimləmə və bazarın liberallaşdırılması daxil olmaqla struktur islahatları tam sürətlə aparılsa ortamüddətli perspektivdə Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi artım 5-7 % sürətlənə bilər. Bu mənada maliyyə texnologiyalarının və bu sahədə idarəetmənin təkmilləşdirilməsi zəruridir. Rəqəmsal ödənişlərin qlobal əməliyyat dəyərinin 2023-cü ilin sonuna qədər 6,7 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Bu arada Azərbaycanda 2023-cü ildə rəqəmsal ödənişlərin xüsusi çəkisi 51 %-ə çatıb", - deyə o qeyd edib.

V.Qasımlı həmçinin deyib ki, süni intellekt 100 milyardlarla dollar əlavə dəyər yaradacaq: “Biz həmçinin robo məsləhətçilərdən istifadəyə də üstünlük verməliyik. Hesablamalara görə, hazırda robo məsləhətçilər 2,76 trilyon ABŞ dolları aktivi idarə edir. Rəqəmsallaşma dedikdə həm də biometrik tanınmanı da nəzərə almaq lazımdır. Hesablamalara görə, biometrik tanınma 8,5 milyard dollara çatacaq. Hesab edirəm ki, Azərbaycanda maliyyə texnologiyalarının inkişafı üçün süni intellekt, maşın öyrənməsi, robo-məsləhətçi, açıq bankçılıq, biometrik tanınma, əşyaların interneti ödənişləri, şəxsi maliyyə idarəetməsi kimi qlobal trendlərə uyğun siyasət həyata keçirilməlidir".

"Hazırda ölkə prezidentinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət deməyə imkan verir ki, maliyyə sektorunda müasir texnologiyalardan istifadə genişlənəcək. Azərbaycan dövləti 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsində həm də milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi üçün siyasət həyata keçirir. Qəbul edilmiş strategiyaya əsasən kapital bazarının inkişaf mühitində əhəmiyyətli dəyişikliklər baş verəcək, real sektorun və sahibkarlığın maliyyə xidmətlərinə və resurslarına çıxış imkanlarının genişləndirilməsi mexanizmləri gücləndiriləcək. Rəqabətli, innovativ və əlçatan ödəniş mühitinin əhatəliliyi, habelə ölkə üzrə nağdsız ödəniş alətlərindən tam istifadə imkanları genişləndiriləcək. Bu əsasda maliyyə dərinliyini ifadə edən göstəricilər davamlı yaxşılaşacaq, iqtisadi subyektlərin milli ödəniş sistemində aparılan əməliyyatlarının həcmi 2026-cı ildə 25 % artacaq, o cümlədən ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız əməliyyatların payı 55 %-ə çatacaq”, - deyə V.Qasımli əlavə edib. (Report)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

2026-cı ilədək Azərbaycanda rəqəmsal ödənişlərin həcmi 25 faiz artacaq

13-06-2023

Zakir Nuriyev: "Fintex" şirkətlərinin şəffaflığının artırılması zəruridir"

13-06-2023

“Bank sektorunda blokçeyin texnologiyası araşdırılmalıdır”

23-11-2017

"Visa" rəsmisi: "Azərbaycanın dəmir yollarında nağdsız ödəniş hər gün artır"

13-06-2023

Süni intellekt 130 milyondan çox yeni iş sahəsi yaradacaq

06-12-2024

Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksinə görə reytinqini artırıb

24-06-2025

Azərbaycanda “Apple Pay” və “Google Pay” ilə aparılmış ödənişlərin məbləği açıqlandı

13-06-2023

"Rəqəmsal maliyyə xidmətləri təklif edən startapların sayı artıb”

30-05-2023

Rəqəmsal ödənişlərlə bağlı dövlət proqramının 25 faizi icra olunmayıb

08-12-2021

Qasımlı “FINTEX SAMMIT 2025” tədbirində çıxış edib

24-06-2025

Rəqəmsal ödənişlər müzakirə olunub

01-11-2017

Kristina Doros: Azərbaycan Visa üçün strateji bazarlardan biridir

13-06-2023

Kristina Doros: Azərbaycan Visa üçün strateji bazarlardan biridir

13-06-2023

Mərkəzi Bank: AzQR biznesin xərclərini ciddi azaldacaq

19-11-2025

İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

24-06-2025

Vüsal Qasımlı: "Azərbaycan rəqəmsal ticarətin asanlaşması üzrə ilk pillədədir"

14-04-2021

Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

10-03-2025

Visa Token xidməti istifadəyə veriləcək

09-09-2019

Azərbaycanda elektron bankçılıq genişləndiriləcək

06-01-2015

Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilib

16-11-2018

Ötən il “Apple Pay” və “Google Pay” ilə edilən ödənişlər 2 dəfə artıb

10-03-2025

Türkiyənin fintex sektorunda 199 investisiya layihəsi həyata keçirilib

13-06-2023

Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

10-05-2019

IV Beynəlxalq Bankçılıq Forumu keçirilib

06-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə