Previous Next
Bağla

Masallıda ASAN Festival keçirilib-Fotolar

17-09-2016 20:32
Masallıda ASAN Festival keçirilib-Fotolar

Bu günTəhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ASAN Festival keçirilib.

Qurumdan Xeberler.az-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli keçirməsi, dəyərləndirməsi, intellektual inkişaf, savad və dünyagörüşlərinin artırılmasında onlara kömək etməkdir.

Festivalı giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ASAN xidmət ailəsini salamlayaraq qeyd edib ki, bugünkü tədbir Masallı, ümumən cənub bölgəsinin gənclərinin aktivliyində və asudə vaxtlarının səmərəli keçirilməsində müstəsna rol oynayacaq. İcra başçısı daha sonra təşkilatçılara minnətdarlığını bildirərək ASAN xidmət mərkəzinin işçilərinə uğurlar arzu edib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov könüllük fəaliyyətindən danışaraq ASAN xidmət mərkəzlərində 8 mindən çox məzun könüllünün olduğunu, Masallıda isə 80 nəfər könüllünün çalışdığını vurğulayıb. İnam Kərimov tədbir iştirakçılarını festivalın keçirilməsi münasibəti ilə təbrik edib.

Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov çıxış edərək bildirib ki, nazirlik gənc nəslin dünyagörüşünün formalaşması, onların intellekt səviyyəsinin yüksəldilməsi sahəsində ASAN xidmət mərkəzi ilə sıx əməkdaşlıq edir və gələcəkdə bu əməkdaşlıq davam etdiriləcək.

Əfqanıstan İslam Respublikasında fəaliyyət göstərəcək ASAN xidmət mərkəzinin direktoru Şahzad Ayrobi çıxış edərək bildirib ki, ASAN xidmət modeli nəyin ki regionda eyni zamanda dünyada tətbiq olunan qabaqcıl təcrübədir və iki qurum arasında imzalanmış Anlaşma Memorandumuna əsasən tezliklə dünyada Azərbaycan brendi kimi tanınan ASAN xidmət modeli Əfqanıstanda da tətbiq olunacaq.

Sonra tədbir iştirakçıları ASAN həyat kompleksi ilə tanış olublar.

 Festival çərçivəsində “Azərbaycan İntellektual Klublar Assosiyası” İctimai Birliyinin təşkilatı dəstəyi ilə “ASAN İntelektual” inkişaf mərkəzində Masallı rayonu ilə yanaşı Təzə Alvadı, Xıl, Çaxırlı, Şərəfə, Hişkədərə və Mahmudavar kəndlərindən olan 60-a yaxın məktəblilərin iştirakı ilə “Masallı ASAN İntellektual Kuboku”u uğrunda yarış keçirilib. Kubokun qalibi isə Şərəfə kənd tam orta məktəbin şagirdlərindən ibarət komanda olub.

  Daha sonra Heydər Əliyev İncəsənət Məktəbində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda mühazirə keçirilib. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə mərkəzin nümayəndəsi Məhəbbət Mehdiyeva ümummilli liderin uşaqlıq və gənclik illəri, Azərbaycan mədəniyyətinin inkişafındakı rolu və xidmətləri haqqında iştirakçılara ətraflı məlumat verib.

Sonda festival iştirakçılarına Böyük Vətən müharibəsinin 70 illiyinə həsr olunan “Hədəf Bakıdır” filmi nümayiş olunub və festival möhtəşəm konsert proqramı ilə davam etdirilib.

          

  Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Şəkidə ASAN Həyat Bahar Festivalı keçirilir

11-03-2019

Masallıda ASAN könüllülər-lə görüş keçirilib

29-03-2019

Daha iki rayonda ASAN xidmət mərkəzləri açılacaq

19-08-2016

Dövlət Agentliyinin sədri "GəncLİK" proqramının iştirakçıları ilə görüşüb

17-02-2020

Əfqanıstan ASAN xidmət modelini tətbiq edir

13-07-2016

İmişli ASAN Həyat kompleksində konsert proqramı təşkil olunacaq

21-12-2018

Quba ASAN Həyat Kompleksində möhtəşəm Bahar festivalı

04-03-2019

ASAN xidmət mərkəzlərində 20 Yanvar şəhidləri anılıb

21-01-2019

"ASAN xidmət" modeli BMT xətti ilə 4 qitəyə ixrac olunacaq

14-11-2024

İnam Kərimov: ““ASAN qatar” sistemi yaradılacaq”

24-12-2016

Kürdəmir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

02-03-2020

"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

02-12-2025

İmişli ASAN Həyat kompleksində konsert təşkil olunacaq

06-11-2018

ASAN könüllüləri Şərqdə parlayan MAY adlı tədbir keçirdi.

29-05-2018

“Azərbaycanın İnnovativ İnkişafı” mövzusunda seminar keçirilib

18-04-2016

ASAN Könüllüləri Heydər Əliyevə həsr olunan tədbirləri davam etdirirlər

10-05-2019

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

ASAN xidmət indeksi təqdim edildi-Foto

21-09-2017

“ASAN Kommunal Mərkəzləri açılacaq”

16-09-2016

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026

“ASAN xidmət”-in fəaliyyəti Estoniyada maraqla qarşılanıb

15-05-2015

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023

Seneqal “ASAN xidmət” modelini dövlət idarəçiliyi sahəsində tətbiq edəcək

03-06-2025

“ASAN Kommunal” necə fəaliyyət göstərəcək?

05-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə