Previous Next
Bağla

Masallıda İKT sahəsində gənclərin rolu müzakirə olunub

16-11-2018 17:49
Masallıda İKT sahəsində gənclərin rolu müzakirə olunub

Noyabrın 15-də Masallı şəhərindəki Gənclər Mərkəzində keçirilən maarifləndirmə tədbirində “Müasir gənclik və İKT sahəsində gənclərin rolu” mövzusunda müzakirələr aparılıb.

Xeberler.az  bildirir ki, tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsinin genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə etdiyini deyib. Qeyd olunub ki, bu gün bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin üstünlüklərindən faydalanırlar. İKT-nin tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir.

Masallı Dövlət Regional Kollecinin metodisti, tarix müəllimi Baba Həsənov çıxışında qeyd edib ki, indi cəmiyyəti informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm yenilik olan internetsiz təsəvvür etmək qeyri-mümkündür. Azərbaycan dövləti internetin cəmiyyətin və insanların həyatının ayrılmaz hissəsi olduğunu nəzərə alaraq, indiyə qədər bu istiqamətdə bir sıra uğurlu layihələrə imza atıb.

Masallı Rayon Telekommunikasiya Qovşağının marketinq şöbəsinin meneceri Samir Qurbanov bildirib ki, İKT-nin tətbiqinə Azərbaycanda da böyük diqqət yetirilir. Ölkəmizdə son illərdə İKT sahəsində ciddi addımlar atılıb, Azərbaycan dövləti bu istiqaməti dövlət siyasətinin əsas prioritetlərindən biri elan edib. Elə buna görə də hazırda İKT sektoru ölkəmizdə ən dinamik inkişaf edən sahələrdən biridir.

Sonra təlimçi Rafət Şirəliyev tərəfindən 30 yaxın gəncə İKT sahəsində bilik və bacarıqların artırılması istiqamətində təlim keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rasim Əliquliyev: Ölkəmizdə İKT sahəsində insan resurslarının əsasını gənclər təşkil edir

24-10-2018

BMT-nin nümayəndəsi: Azərbaycan İKT sahəsində öz sözünü deyir

03-12-2015

“İnkişaf üçün İKT” konfransı başa çatdı

28-10-2015

Masallıda ASAN könüllülər-lə görüş keçirilib

29-03-2019

Azərbaycan Gənclərinin I İKT Forumu başa çatdı

26-11-2013

Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi mövzusunda dəyirmi masa keçirilib

24-01-2019

Rasim Əliquliyev: Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər artıb

17-12-2018

Bu gün “Azərbaycanda İKT statistikası: reallıq, problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib

19-12-2008

İKT sahəsində əməkdaşlıq müzakirə olunub

14-03-2019

“Müəllimin peşəkarlığı İKT bacarıqlarından asılıdır”

30-08-2017

Azərbaycan İKT sahəsində beynəlxalq simpoziumda iştirak edəcək

13-10-2015

Azərbaycan İKT sahəsində 32 ölkə arasında 1-cidir

24-02-2017

Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti keçirilir

26-05-2015

İlham Əliyev: İKT növbəti illər üçün prioritet olmalıdır

29-05-2012

Azərbaycan Hindistanın İKT təcrübəsindən yararlanmaq niyyətindədir

01-07-2019

Lənkəranda İKT-nin tətbiqinə dair dəyirmi masa keçirilib

22-06-2009

“Gənclər üçün İKT Məktəbi” layihəsinin icrasına başlanacaq

18-08-2009

Azərbaycanda İKT sahibkarlığın inkişafı müzakirə edilib

18-05-2016

Sumqayıtda İnformasiya Texnologiyaları Akademiyası fəaliyyətə başlayıb

19-05-2009

Dövlət Gömrük Komitəsində elmi praktiki konfrans keçirilir

20-12-2018

Gənclərə internet vasitəsilə pul qazanmağın yolları öyrədilir

31-10-2013

Azərbaycan və Kosta-Rika arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub

21-10-2015

QDİƏT üzvləri İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

05-12-2018

Sumqayıtda İKT-nin inkişafı məqsədi ilə seminar keçirilib

04-12-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə