Previous Next
Bağla

Rasim Əliquliyev: Ölkəmizdə İKT sahəsində insan resurslarının əsasını gənclər təşkil edir

24-10-2018 14:30
Rasim Əliquliyev: Ölkəmizdə İKT sahəsində insan resurslarının əsasını gənclər təşkil edir

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev oktyabrın 23-də “Fairmont Baku” otelində istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı çərçivəsində gənclərlə görüşdü.

Xeberler.az  bildirir ki, görüşdə çıxış edən akademik R.Əliquliyev ölkə rəhbərliyinin gənclər siyasətinə müvafiq olaraq keçirilən bu kimi tədbirlərin gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi, cəmiyyətin sosial-iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edən gənclərin innovativ potensialının üzə çıxarılması, gənc nəslin müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) səmərəli istifadəyə təşviq edilməsi kimi hədəflərə xidmət etdiyini dedi. Alim ölkəmizdə müxtəlif sahələrdə fəaliyyət göstərən, yaradıcı və intellektual fəaliyyətlə məşğul olan gənclərin sayının artırılmasına böyük önəm verildiyini, bu gənclərin cəmiyyətin əsas hərəkətverici qüvvəsini təşkil etdiyini bildirdi.

Müasir dövrdə biliklər cəmiyyətinin qurulmasında gənclərin böyük rola malik olduğunu söyləyən akademik gənclərdən ibarət biliklər iqtisadiyyatı ordusunun yaradılmasının zəruriliyini vurğuladı.

“Hazırda ölkəmizdə informasiya texnologiyaları sahəsində insan resurslarının əsasını gənclər təşkil edir”, – deyən akademik son 15 il ərzində Azərbaycanda İKT sahəsində əldə olunan nailiyyətlərin artdığını, Azərbaycanın kompüter elmləri sahəsi üzrə nəşr olunan məqalələrin sayına görə Cənubi Qafqaz ölkələri arasında ön sırada olduğunu vurğuladı.

Alim qeyd etdi ki, ölkəmizdə informasiya təhlükəsizliyi sahəsinin önəmini nəzərə alaraq bu istiqamətdə ali məktəblərə qəbulun 7 dəfə artırılması informasiya texnologiyaları üzrə kadrların yetişdirilməsinə göstərilən diqqətin bariz nümunəsidir.

AMEA rəhbərliyi tərəfindən gənclər siyasətinə xüsusi önəm verildiyini, gənclərin inkişafı, intellektual potensialının artırılması, daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb edilməsi, ölkənin ictimai, sosial və mədəni həyatında rolunun artırılması üçün kompleks tədbirlərin görüldüyünü qeyd edən R.Əliquliyev bildirdi ki, akademiyanın əsas hədəflərindən biri də gənclərin elmi və təşkilati fəaliyyətinə dəstək vermək, onları müasir dövrün tələbləri səviyyəsində yüksəkixtisaslı peşəkar kadr kimi yetişdirməkdir. 

Daha sonra müzakirələr aparıldı, akademik Rasim Əliquliyev ölkəmizdə İKT-nin tətbiqi, elektron tullantılar, “yaşıl” texnologiyalar, proqram mühəndisliyinin tədrisi, informatikanın müxtəlif sahələrə tətbiqi ilə yaranan multidistiplinar elm sahələri və s. məsələlər ətrafında gəncləri maraqlandıran sualları cavablandırdı.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rasim Əliquliyev: Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər artıb

Rasim Əliquliyev: Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər artıb

17-12-2018
“Bu gün hamımızın müəllimi internetdir”

“Bu gün hamımızın müəllimi internetdir”

04-06-2014
AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018
Təhsil müəssisələrində intellektual mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri biliklər aşılanmalıdır

Təhsil müəssisələrində intellektual mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri biliklər aşılanmalıdır

13-02-2019
FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

26-07-2022
AMEA prezidenti :“İT mütəxəssislərə tələbat artır”

AMEA prezidenti :“İT mütəxəssislərə tələbat artır”

17-05-2017
AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022
Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

28-09-2024
“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı  ciddi problemlər var”

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

16-03-2018
“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

11-10-2016
Masallıda İKT sahəsində gənclərin rolu müzakirə olunub

Masallıda İKT sahəsində gənclərin rolu müzakirə olunub

16-11-2018
“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

14-10-2016
Akademik: Rəqəmsal inkişaf mühəndislik biliklərinin yenilənməsini zəruri edir

Akademik: Rəqəmsal inkişaf mühəndislik biliklərinin yenilənməsini zəruri edir

15-12-2025
““Əşyaların İnterneti” inqilabi dəyişikliklərə səbəb olur”

““Əşyaların İnterneti” inqilabi dəyişikliklərə səbəb olur”

28-09-2016
 “Təhsildə İKT-nin tətbiqi ilə bağlı kadrlar yetişdirilməlidir”

“Təhsildə İKT-nin tətbiqi ilə bağlı kadrlar yetişdirilməlidir”

17-01-2017
İnformasiya Texnologiyaları İnstitutunda elmi konfrans keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda elmi konfrans keçirilib

22-12-2023
AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015
İKT-nin tətbiqi üzrə AICT 2016 konfransı başa çatıb

İKT-nin tətbiqi üzrə AICT 2016 konfransı başa çatıb

17-10-2016
Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

11-06-2026
Akademik: “ATU-da yaradılan AI laboratoriyası tədrisə dəstək verəcək”

Akademik: “ATU-da yaradılan AI laboratoriyası tədrisə dəstək verəcək”

22-06-2026
Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026
Aleksandr Sergeyev İnformasiya Texnologiyaları İnstitutunda olub

Aleksandr Sergeyev İnformasiya Texnologiyaları İnstitutunda olub

22-05-2019
Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019
“Akademik İbrahim İbrahimov Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə yüksəldən alimlərimizdəndir”

“Akademik İbrahim İbrahimov Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə yüksəldən alimlərimizdəndir”

30-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə