Mayın 5-də Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Data Jurnalistikası” mövzusunda təlimlərə başlanılıb.
Xeberler.az bildirir ki, açılışda çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva iştirakçılara təşkil olunan proqramın əhəmiyyətindən danışıb. O, Medianın İnkişafı Agentliyi ilə birgə icra olunan təlim proqramının media nümayəndələrinin bilik və bacarıqlarının inkişafına, onların müasir dövrün tələblərinə uyğunlaşmasına xidmət etdiyini vurğulayıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında Agentliyin media sahəsində innovativ bacarıqların inkişafına göstərdiyi xüsusi diqqətdən bəhs edib. O bildirib ki, rəqəmsal dövrdə informasiya ilə işləmə bacarığı, xüsusilə də data jurnalistikası sahəsində ixtisaslaşma medianın cəmiyyətə xidmət missiyasını daha da gücləndirir. Natiq Məmmədli vurğulayıb ki, bu təlim proqramı medianın faktlara əsaslanan və obyektiv informasiyanın yayılmasında daha təsirli rol oynamasına şərait yaradacaq.
Virginia Birləşmiş Universitetinin fəxri dosenti, 20 ildən çox xəbər agentliklərində müxbir, redaktor kimi çalışmış Cef Sauz tərəfindən keçirilən təlim sessiyasında data jurnalistikası və onun vizuallaşdırılması, dron videoqrafiyası və digər rəqəmsal bacarıqlar üzrə media nümayəndələrinə ətraflı məlumat verilib.
Təlimin davamında Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova “Yerli baxışdan dataya əsaslanan jurnalistika” mövzusunda təqdimatla çıxış edərək, data əsaslı xəbər istehsalının əhəmiyyəti və tətbiqi imkanları barəsində danışıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları