Dekabrın 16-da Medianın İnkişafı Agentliyində (MEDİA) Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti” Respublika Dövlət Müəssisəsinin nümayəndələri ilə görüş keçirilib.
Xeberler.az bildirir ki, görüş zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bu gündən etibarən başlayan “Media Savadlılığı” Həftəsi haqqında məlumat verərək həftənin cəmiyyətdə media savadlılığının artırılmasına, uğurlu beynəlxalq təcrübələrin öyrənilməsinə yönəldiyini vurğulayıb. O, həmçinin həssas istifadəçi qrupu hesab olunan yeniyetmə və gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, eyni zamanda, məsuliyyətli rəqəmsal vətəndaşlığın təbliği məqsədilə bir sıra tədbir və layihələrin həyata keçiriləcəyini qeyd edib.
Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti” Respublika Dövlət Müəssisəsinin direktor müavini Dmtriy Qoloburda isə “Media Savadlılığı” Həftəsinin məqsəd və əhəmiyyətini yüksək qiymətləndirərək informasiya bolluğu dövründə doğru məlumatın seçilməsi və yayılmasının vacibliyini vurğulayıb, hər iki ölkə arasında media sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması üçün birgə layihələrin həyata keçirilməsinin böyük önəm kəsb etdiyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri