Previous Next
Bağla

“Rəqəmsal jurnalistika” mövzusunda təlim proqramına başlanılıb

17-11-2025 11:36
“Rəqəmsal jurnalistika” mövzusunda təlim proqramına başlanılıb

Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində “Euronews Academy” beynəlxalq tədris proqramının “Rəqəmsal jurnalistika” (“Digital Journalism”) mövzusuna həsr olunan növbəti mərhələsi başlayıb.

Xeberler.az məlumat verir verir ki, açılış mərasimində çıxış edən “Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soares təlimlə bağlı fikirlərini bölüşüb. O vurğulayıb ki, proqram beynəlxalq media təcrübəsinin jurnalistlərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. “Rəqəmsal jurnalistika” təlimi iştirakçılara qlobal media prinsiplərini mənimsəmək və müasir texnologiyalardan istifadə bacarıqlarını real tətbiq etmək üçün geniş imkanlar yaradır.

Agentliyin icraçı direktorunun müavini Natiq Məmmədli diqqətə çatdırıb ki, medianın inkişafı innovativ həllərə açıq olmaq və peşəkarlığı daim artırmaqla sıx əlaqəlidir. “Bu kimi beynəlxalq təşəbbüslər yerli jurnalistlərin rəqəmsal savadlılığını yüksəldir və ölkədə media sektorunun ardıcıl, davamlı inkişafına ciddi töhfə verir. Jurnalistikanın gələcəyi texnologiya ilə insan amilinin birgə işləməsindən keçir. Gələcəyin jurnalisti həm müasir rəqəmsal biliklərə sahib olmalı, həm də insan hekayələrini səmimi və təsirli şəkildə təqdim edə bilməlidir. Çünki texnologiya və “insan nəfəsi” bir-birini tamamlayan əsas elementlərdir. Bu baxımdan yeni reallıqlara uyğunlaşmaq vacibdir. Azərbaycanda jurnalistlərin texnoloji bacarıqlarını artırmağa yönəlmiş geniş layihə icra olunur. Süni intellekt və rəqəmsal alətlərlə işləmək bu proqramın əsas istiqamətlərindəndir. Artıq həm beynəlxalq təcrübədən yararlanır, həm də yerli mediaya uyğun real praktik modellər qururuq”,- deyə N.Məmmədli əlavə edib.

Təlimdə “Euronews” telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkaya təlimçi qismində çıxış edib.

Tədris prosesi interaktiv mühazirələr, praktiki tapşırıqlar, qrup müzakirələri ilə davam edib.

Təlim proqramı noyabrın 20-dək davam edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Euronews Academy” beynəlxalq tədris proqramı başlayıb

23-06-2025

“TV və canlı jurnalistika” mövzusunda təlim proqramı başlayıb

11-11-2025

“Rəqəmsal jurnalistika” mövzusunda təlim proqramı yekunlaşıb

20-11-2025

MEDİA və “Euronews” birgə təlim proqramına start verir

21-10-2025

MEDİA və “Euronews” telekanalının təşkil etdiyi təlim başa çatıb

28-06-2025

Media nümayəndələri üçün “Data Jurnalistikası” təliminə başlanılıb

06-05-2025

Fernando Soares: Media işçiləri informasiya cəmiyyətinin formalaşmasında mühüm rol oynayır

20-07-2025

Mətbuatın 150 illiyi ilə əlaqədar keçirilən seminarlar başa çatıb

20-06-2025

İRİA: 200-dən çox gənc beynəlxalq şirkətlərdə təcrübə proqramlarına cəlb olunub

29-11-2025

MEDİA-da Monqolustanın nümayəndə heyəti ilə görüş keçirilib

14-04-2026

“Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanılıb

27-10-2025

“Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb

09-05-2025

Media nümayəndələri WUF13 çərçivəsində məlumatlandırılıb

27-04-2026

Yeni medianın tədris modulları Elmi Şurada təsdiqlənib

30-05-2012

Nazir müavini: Süni intellektin inkişafı medianın məsuliyyətini daha da artırır

01-05-2026

“Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb

30-09-2011

Onlayn laboratoriya təqdim olunacaq

21-02-2012

Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir

21-11-2024

Yeni medianın tədris proqramları və “Onlayn Media Təhsili” layihələri təqdim olunub

15-11-2012

Yeni medianın tədris modulları çap olunub

12-10-2012

“Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya” müzakirə edilib

21-11-2025

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” konfransı keçirilib

14-05-2025

Azərbaycanla Özbəkistanın media nümayəndələri görüşüb

06-05-2025

Yeni Medianın yeni tədris modeli hazırlanmalıdır

22-11-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə