Previous Next
Bağla

bp məktəblilər üçün rəqəmsal ingilis dili öyrənmə platforması yaradıb

25-11-2025 11:25
bp məktəblilər üçün rəqəmsal ingilis dili öyrənmə platforması yaradıb

bp “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları adından Azərbaycanda rəqəmsal təhsil imkanlarının artırılmasına yönəlmiş bir sosial investisiya layihəsinin ikinci mərhələsinin uğurla tamamlandığını elan edib.

Xeberler.az məlumat verir ki, layihə “LANDAU Educational Technologies” MMC ilə əməkdaşlıqda həyata keçirilib.

Layihədə əsas məqsəd 9-cu və 11-ci sinif ingilis dili buraxılış imtahanlarına hazırlaşan şagird və müəllimləri dəstəkləmək olsa da, təqdim olunan yüksəkkeyfiyyətli və əlçatan rəqəmsal məzmun 5–11-ci siniflərin bütün şagirdlərinin istifadəsi üçün uyğundur. Ümumilikdə, yeni materiallar ingilis dilini öyrənmə nəticələrini yaxşılaşdırmaq, həmçinin şagirdlərin dərs prosesində iştirak fəallığını artırmaq üçün orta məktəblərin bütün sinifləri üçün yararlıdır.

Layihənin bu yeni mərhələsi əvvəlki səylərin uğuruna əsaslanaraq geniş əhatəli yeni öyrənmə materialları təqdim edir, o cümlədən 60 saatlıq dərs müddətinə uyğun 350 tədris videosu, imtahana hazırlıq üçün 14 min sualdan ibarət sual bankı, imtahan şəraitini simulyasiya etmək üçün 70 test toplusu, dərs tədris prosesində müəllimlərə kömək məqsədilə hazırlanmış təqdimatlar və iş vərəqləri, həmçinin müəllimlərin ev tapşırıqları verməsinə və şagirdlərin irəliləyişini izləməsinə imkan verən rəqəmsal platforma.

Ümumilikdə, bu təşəbbüs əlçatan tədris materialları sahəsində mövcud boşluqları doldurmaqla ölkənin hər yerində həm şagirdlərə, həm də müəllimlərə ünvanlanıb. Ölkə üzrə 500 müəllimin və 10 min şagirdin layihədən bəhrələnəcəyi gözlənilir.

“Azərbaycanda təhsilin inkişafını innovativ rəqəmsal resurslar və həllər vasitəsilə dəstəkləməyə davam etməkdən çox məmnunuq. Bu layihə təkcə şagirdləri ingilis dili imtahanlarında uğur qazanmaq üçün onlara lazım olan vasitələrlə təmin etmir, o həm də müəllimlərə müasir dərs resursları təqdim etməklə onların rolunu gücləndirir. Azərbaycan məktəbləri üçün məzmun hazırlanmasına sərmayə qoymaqla biz ölkənin təhsil potensialının artırılmasına və keyfiyyətli təhsilin hər bir şagird üçün əlçatan olmasına töhfə vermək istəyirik”, - deyə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Layihənin ikinci mərhələsinin ümumi dəyəri təxminən 307 min 500 manat (180 min 882 dollar) təşkil edib. Bunun 200 min manatını (117 min 647 dollar) bp və onun tərəfdaşları, qalanını isə “LANDAU Educational Technologies” MMC ödəyib.

Müddəti bir il olan layihənin icraçısı “Aspire Learning App” kimi tanınan “LANDAU Educational Technologies” MMC-dir.

Layihənin nəticəsi olaraq hazırlanmış bütün materiallar ümumi istifadəyə açıqdır və ənənəvi tədris kontentini tamamlamaq məqsədi daşıyır. Bu materiallar yerindən və şəraitindən asılı olmayaraq bütün şagirdlərə çevik və inklüziv öyrənmə imkanları yaradır. Yeni məzmun bütövlükdə www.aspirelearning.app. veb-saytında yerləşdirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mediasiya xidmətlərinin rəqəmsal platforması yaradılıb

10-06-2025

“Rəqəmsal bacarıqlar” layihəsi 500 min şagirdi əhatə edir

25-09-2024

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

14-03-2025

“Jurnalistlər üçün ingilis dili kursları” layihəsinin ikinci mərhələsi başlayıb

24-02-2009

“Rəqəmsal bacarıqlar” layihəsi 510 min şagirdi əhatə edir

29-10-2024

Rəqəmsal bacarıqlar üzrə qiymətləndirmə 118 mindən çox şagirdi əhatə edib

03-03-2026

Respublika fənn olimpiadalarının birinci mərhələsinə 27500-dən çox şagird qatılıb

17-01-2016

ADA-da Big Data Mərkəzi fəaliyyətə başlayıb

15-12-2017

BP: Azərbaycanın güclü bərpa olunan enerji potensialı var

06-02-2023

Dövlət İmtahan Mərkəzinin Youtube kanalına vizuallaşdırılmış dərslərin yerləşdirilməsi davam edir

08-02-2019

“Rəqəmsal məktəb”: şagirdlər üçün müasir öyrənmə mühiti

04-02-2026

Agentlik: STEAM layihəsi 250 min şagirdi əhatə edir

17-12-2024

DİM yeni video-dərs sosial layihəsinə start verib

22-01-2019

DİM British Council ilə əməkdaşlığa başladı

23-09-2016

DİM vizuallaşdırılmış dərslərin yerləşdirilməsi davam edir

17-05-2019

“Nar Mobile”dan abunəçilərə mobil ingilis dili

11-09-2013

“Sİ laboratoriyası: Sİ tədqiq edək” adlı IX qrant layihəsinin açılışı olub

29-11-2025

Ekspert: Qazaxıstanda şagirdlərə kompüter paylanacaq - “Bizdə durum ürəkaçan deyil”

09-09-2020

3 600-dən çox şagird kompüter əsaslı monitorinqdə iştirak edib

17-05-2025

Rəqəmsal məktəb platforması istifadəyə verilib

07-02-2025

Videoçarx müsabiqəsinin təqdimat mərasimi olub

30-08-2018

Qrant layihəsinin təqdimatı keçirilib

30-08-2018

İKT üzrə yay düşərgəsinə ilkin seçimlər başa çatdı

04-09-2018

Azərbaycanda Bilik Günüdür

15-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə