Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 267 ümumi təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar”, 215 ümumi təhsil müəssisəsində STEAM layihəsi tətbiq edilir. “Rəqəmsal bacarıqlar” layihəsinin həyata keçirildiyi məktəblərdə 8 885 sinif üzrə 246 565 şagird, STEAM layihəsinin əhatə etdiyi məktəblərdə isə 6 043 sinif üzrə 168 530 şagird tədrisə cəlb edilib.
Xeberler.az məlumat verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan STEAM layihəsinin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir. STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub.
“Rəqəmsal bacarıqlar” layihəsi isə şagirdlərdə alqoritmik düşüncənin, layihə işləmə bacarıqlarının və məntiqi inkişafın, proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır.
Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.
Qeyd edək ki, 2024-2025-ci tədris ilindən “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinin əhatə dairəsi genişləndirilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri