Daxili araşdırma göstərib ki, işçilər iş saatlarının çoxunu bu saytlarda keçirirlər
Kişinyovun seri Dorin Kirtoake məmurlara “Odnoklasniki” və “Facebook” sosial şəbəkələrinin saytlarına daxil olmağı qadağan edib. ANS Press xəbər verir ki, mer daxili araşdırmadan sonra əmin olub ki, işçilər iş saatlarının çoxunu internetdə, xüsusilə, adıçəkilən saytlarda keçirirlər.
Kişinyovun meri keçirdiyi iclasda bildirib ki, “boşboğazlıq” üçün nəzərdə tutulmuş saytlara giriş bağlanacaq. Məqsəd meriya işçilərinin işə daha çox vaxt ayırmasını təmin etməkdir. Bundan başqa, mer internetdə çox vaxt keçirən məmurlardan izahat yazmalarını tələb edib. Merin sözlərinə görə, işçilər bir ay ərzində “Odnoklasniki” və “Facebook” sosial şəbəkələrinin saytlarından təxminən 600 saat istifadə ediblər və 123 gigabayt informasiya yükləyiblər.
Bu arada bəzi saytlarda yayılmış məlumatlara görə, Kişinyov merinin özü həm “Odnoklasniki”, həm də “Facebook” saytlarında qeydiyyatdan keçib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri