Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məzunların məşğulluq reytinqi” layihəsi BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi ilə keçirilmiş İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (WSIS) 2025-ci il üzrə “Uğur hekayələri hesabatı”na daxil edilib.
Xeberler.az bildirir ki, layihə Elektron məşğulluq (e-Employment) istiqaməti üzrə seçilmiş uğurlu nümunələrdən biri kimi təqdim olunub.
Bu rəqəmsal platformanın əsas məqsədinin ali və orta ixtisas təhsili müəssisələrinin məzunlarının əmək bazarındakı məşğulluq göstəricilərinin təhlili, təhsil müəssisələrinin reytinqinin müəyyənləşdirilməsi olduğu vurğulanıb.
Hesabatda “Məzunların məşğulluq reytinqi” platformasının gənclərin işəgötürənlər tərəfindən tələbatının daha yüksək olduğu ixtisaslara yönəldilməsinə şərait yaratdığı və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı siyasətinə töhfə verdiyi qeyd olunub.
Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşının çəkdiyi, “WSIS Photo 2025” müsabiqəsində qalib olan foto barədə məlumat da “WSIS Stocktaking+20” hesabatında dərc edilib.
Bu layihələrin WSIS Hesabatlarına daxil edilməsi ölkəmizdə sosial sahədə rəqəmsal transformasiya, məşğulluğun təşviqi və gənclərin karyera inkişafının dəstəklənməsi istiqamətində atılan addımlara beynəlxalq səviyyədə də yüksək qiymət verildiyini göstərir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları