Microsoft “Arc Touch Mouse”ni satışa çıxartdı

18-09-2010 / 12:00

Arc Touch Mouse, asanlığı və toxunmağa həssas dizaynı ilə, kompüter mouseları artıq öldü, deyənləri haqsız çıxardır.

Microsoft kompüter mouse dizaynında yeni bir dövrü başladan Arc Touch Mouseni istifadəçilərin xidmətinə təqdim etməyə hazırlanır. Türkiyədə noyabr ayında satışa təqdim edilməsi gözlənilən Arc Touch Mouse daşınarkən düzləşərək asanlıq təmin edir. Mouse istifadə əsnasında isə qövslənərək ovuca rahat oturacaq bir şəkil alır. 

Arc Touch Mousenin tək bir toxunuşla düzləşən dizaynı sayəsində Windows yüklü PC istifadəçiləri laptop çantalarında mausun yaratdığı bütün problemlərdən xilas olacaq. 

Arc Touch Mouse düzləşdirildiyi zaman bağlanır, ovuca oturacaq şəklə gətirildiyi zaman isə açılaraq istifadəyə hazır hala gəlir. 

Arc Touch Mouse Microsoftun Blue Track texnologiyası sayəsində hər cür səthdə istifadə edilə bilir. İki AAA batareya ilə 6 ay istifadə edilən,mouseda olan iki rəngli göstərici batareyanın azaldığını istifadəçiyə xəbər verir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə