“Hewlett-Packard” (HP) şirkəti “Wi-Fi” modulu ilə işləyən ilk simsiz maus təqdim edib.
“Wi-Fi Mobile Mouse” adlandırılmış yeni qurğu kompüterlə məlumat mübadiləsi üçün özünün “Wi-Fi”-adapterindən istifadə edir.
Mausun korpusunda müxtəlif parametrlərin qurulması üçün 5 düymə və dörd istiqamətli çarx yerləşdirilib. Qurğunun təsir radiusu on metrə çata bilər. İstehsalçının bildirdiyinə görə, yeni mausun batareyasının enerjisi 9 aylıq iş müddəti üçün yararlıdır. Lazer sensorla təchiz edilmiş manipulyator simmetrik dizaynla hazırlanıb və həm sol, həm sağ əllə işlədilə bilər.
“Wi-Fi Mobile Mouse” “Windows 7” əməliyyat sistemi ilə idarə olunan kompüterlərlə uyğunlaşdırılıb. Qurğunun gələn ay 50 dollara satışa çıxarılması nəzərdə tutulur.
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət