Previous Next
Bağla

“Blokçeyin ciddi problemlərin aradan qaldırılmasına imkan yaradır”

15-09-2017 10:29
“Blokçeyin ciddi problemlərin aradan qaldırılmasına imkan yaradır”

PwC şirkəti Microsoft korporasiyası ilə birgə Azərbaycan Vergilər Nazirliyinin əməkdaşları üçün  blokçeyin (Blockchain)  texnologiyaları mövzusunda seminar keçirib.

Bu barədə Xeberler.az-a Microsoft Azerbaijan-dan məlumat verilib.

PwC Global Tax Administration Consulting-in komandası və Microsoft şirkətinin mütəxəssisləri seminar iştirakçılarına vergi hesabatlarının vergi qanunvericiliyinə uyğun hazırlanması, iqtisadiyyatın rəqəmsallaşması sahəsində ən son tendensiyalar və onun vergi sistemi və idarəetməsinə təsiri ilə bağlı məlumat verib.

Mütəxəssislər, həmçinin yeni texnoloji həll yollarından istifadə etməklə, effektiv vergi idarəetmə sisteminin yaradılmasına dair praktiki məsləhətlər verib.

Seminarda xüsusilə məlumatların real iş rejimində daha geniş auditoriyaya çatdırılması, eləcə də vergi ödəyiciləri və vergi orqanlarının həmin məlumatların düzgünlüyünə etibar edə biləcəyi sistemin yaradılmasında blockchain texnologiyasının imkanları müzakirə edilib. Seminarın proqramında PwC və Microsoft şirkətinin aparıcı ekspertləri 30-dan çox vergi mütəxəssisləri üçün interaktiv sessiyalar təşkil ediblər.

Seminar çərçivəsində Microsoft Azerbaijan şirkətinin  Biznesin inkişafı üzrə meneceri Emin Axundov “Vergi texnologiyalarının ekosistemi” mövzusunda təqdimatla çıxış edib və bildirib ki, blockchain bir çox sahədə olduqca ciddi gizli problemlərin aradan qaldırılmasına imkan yaradır.

Hazırda kommersiya qurumları arasında hesablaşmalar mənfəətsiz xərclər tələb edir, halbuki blockchain texnologiyası bu prosesi sadə əməliyyatadək çatdıra bilərdi. Sözügedən texnologiyalar sayəsində innovasiyalar geniş yayıla bilər ki, bununla da biznesin idarəedilməsi bir qədər də sadələşər.

 “Microsoft – dünya blokçeyn texnologiyaları bazarında ən iri iştirakçılarındandır. Biz öz bilik və texnoloji imkanlarımızla bölüşməyə hazırıq. Əminəm ki, sözügedən təşəbbüs Azərbaycanın innovasiya inkişafı üün əlverişli mühitin formalaşmasına yardım edəcək, sahibkarlar, vətəndaşlar və hökumət arasında dialoqu möhkəmləndirəcək, həmçinin ölkənin investisiya mühitini yaxşılaşdıracaq», - deyə Emin Axundov bildirib.

Öz növbəsində PwC-nin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayev qeyd edib ki, texnoloji transformasiyanın tətbiqi PwC-nin Azərbaycanda və qlobal səviyyədə strateji prioritetlərindən biridir:

“Son zamanlar hökumət və biznes idarələri səmərəliliyinin artırılması, proseslərin təkmilləşdirilməsi və risklərin idarə edilməsi üçün texnologiyalardan istifadə edilməsinin dəyərini anlayır. PwC olaraq biz bilik və təcrübəmizi istifadə etməyə və rəqəmsallaşdırma prosesində Azərbaycanı dəstəkləməyə hazırıq”.

 Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirlik əməkdaşları üçün blokçeyn barədə təlim keçirilib

14-09-2017

Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

11-12-2018

Biznesdə blockchain texnologiyalarının tətbiqi mövzusunda konfrans keçiriləcək

27-06-2018

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009

Microsoft Bakıda növbəti seminar keçirib

03-04-2018

Draguilov: Blokçeyn məlumatların etibarlılığını artırılması üçün effektivdir

30-09-2025

Microsoft texnologiyaların inkişafına 12 milyard ayırıb

16-03-2017

Azərbaycan və Estoniya əməkdaşlıq məsələlərini müzakirə edib

03-12-2025

Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011

Süni intellekt modulları əsasında informasiya sistemləri qurulacaq

15-02-2024

Bakıda “Microsoft” İnnovasiya Günü keçirilib

12-03-2015

DGK sədri: "Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınmanı azaldıb"

13-02-2025

Bakcell və PwC uşaqlara dəstək göstərəcək

19-01-2018

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015

Azərbaycanda vergi sahəsində yeni interaktiv e-xidmətlər tətbiq ediləcək

11-02-2023

IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb

18-06-2025

Azərbaycan Microsoft-un “Həmkara Dəstək” proqramında iştirak edə bilər

03-03-2010

Vergi ödəyicilərinə 63 e-xidmət göstərilir

20-12-2016

Vergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək

06-09-2018

Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

05-09-2016

Vergilər naziri Rəqəmsal İqtisadiyyata dair Vergi Sammitində iştirak edib

30-10-2018

Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

05-08-2016

Azərbaycanda ilk dəfə kriptovalyuta mövzusunda fənn tədris planına daxil edilib

05-10-2021

İKT qadınlara həsr olunmuş “DigiGirlz” konfransı keçirilib-Fotolar

04-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə