Previous Next
Bağla

Microsoft MDB regionu üzrə yeni baş direktor təyin edib

07-03-2017 16:33
Microsoft  MDB regionu üzrə yeni baş direktor təyin edib

Microsoft korporasiyası 1 aprel tarixindən Ronald Binkofskinin “Microsoft Kazakhstan” şirkətinin baş direktoru və eyni zamanda, MDB regionu üzrə rəhbər təyin edildiyini açıqlayıb.

Xeberler.az-ın məlumatına görə, Ronald ötən il ərzində bu vəzifədə çalışmış Konstantin Nazarovu əvəz edəcək.

Ronald Binknofski Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəkistan, Tacikistan və Türkmənistanı özündə birləşdirən regionda biznesin inkişafına cavabdeh olacaq.

Bu vəzifəyə təyin olmamışdan öncə Ronald 4 il ərzində Microsoft Poland şirkətinə, daha əvvəl isə 2,5 il ərzində Microsoft Romania  şirkətinə rəhbərlik edib.

“Həm bu gün, həm də gələcəkdə inkişaf üçün böyük potensiala malik olan bu regionun, ölkənin bir parçası olacağımdan məmnunam. Komandamızla birgə biz müştəri və tərəfdaşlarımıza dəstək göstərməyi davam edəcək, texnologiyaların tətbiqində və rəqəmsal transformasiyalar dövründə biznesin və həyatın bütün sahələrində inkişafa yardım göstərəcək”, - deyə R. Binkofski bildirib.

Ronald 10 ildən artıqdır ki, Microsoftşirkətində çalışır və biznesin idarə edilməsi, satış, marketinq, əməliyyatların və dəyişikliklərin idarə edilməsi sahələrində böyük təcrübəyə malikdir. O, karyerasına “Software AG” şirkətində Mərkəzi və Şərqi Avropa üzrə regional menecer kimi başlayıb, buna qədər isə şəxsi biznesini idarə edib.

Ronald Krakovda (Polşa) Yagelon Universitetininin tətbiqi riyaziyyat fakültəsini bitirib və “INSEAD” biznes məktəbinin “Advanced Management” proqramı üzrə məzun olub. Bundan başqa, o, Almaniyanın Höte adına Frankfurt Universitetində rus dilini öyrənib.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Microsoft-un rəsmiləri Bakıda olub

13-04-2018

Microsoft Azərbaycan-da yeni təyinat olub

22-09-2016

Microsoft Azerbaijan şirkətinə yeni baş menecer təyin edilib

07-11-2019

Sərxan Həşimova Microsoft-da yeni vəzifə verildi

28-11-2017

Microsoft Azerbaijan-a yeni rəhbər təyin edilib

14-03-2016

Opera Software şirkətinə yeni icraçı direktor təyin olunub

06-01-2010

Sərxan Həşimov Azərbaycanı ABŞ-da təmsil edəcək

02-04-2018

"TikTok” və “Google”da rəhbər vəzifədə çalışmış şəxs “Visa”nın Azərbaycan üzrə rəhbəri təyin edilib

19-05-2023

“Microsoft”un Qazaxıstanda açılacaq yeni multiregional habı Azərbaycanı da əhatə edəcək

10-04-2023

Mastercard- ın Azərbaycan üzrə yeni baş direktoru təyin edilib

25-12-2017

Microsoft maliyyə rəhbərləri və HR- direktorları bir araya toplayıb

15-11-2016

Azerfon-a​ yeni baş icraçı direktor təyin olunub

05-12-2017

Neuron Technologies şirkətinə yeni müdir gəldi

01-10-2015

Uber Azərbaycan üzrə regional direktor təyin etdi

13-06-2018

Sumqayıt Texnologiyalar Parkında yeni Baş İcraçı Direktor təyin olunub

22-01-2021

Apple 40 yaşını qeyd edəcək- Video

23-03-2016

Microsoft şirkətinə yeni prezident seçildi

15-09-2015

NEQSOL Holding-də yeni təyinatlar-Korporativ idarəetmə gücləndirilir

22-12-2022

Visa Azərbaycan üzrə yeni direktor təyin edib

05-07-2019

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olunub

16-01-2025

Mastercard Şərqi Avropa, Yaxın Şərq və Avropada fəaliyyətini genişləndirir

10-12-2021

Tanınmış top-menecer NEQSOL Holding-in telekommunikasiya sahəsinə rəhbərlik edəcək

20-09-2021

“Bakcell”də rəhbər dəyişikliyi

11-12-2008

Alış-veriş təcrübəsi artıq sizin işinizi irəli apara bilməyəcək

18-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə