“Microsoft” Müqəddəs Pyotr Bazilikasına yeni layihə təqdim edəcək

09-11-2024 / 08:55

“Microsoft” şirkəti Vatikandakı Müqəddəs Pyotr Bazilikasında süni intellektlə gücləndirilmiş layihə təqdim etməyə hazırlaşır.

Xeberler.az məlumat verir ki, “Microsoft”un prezidenti Bred Smit noyabrın 11-də Vatikanda layihənin təqdimatını keçirəcək.

Layihə “Microsoft” şirkəti və Müqəddəs Pyotr Bazilikasının mühafizəsi və saxlanmasına cavabdeh olan “The Fabric of Saint Peter” təşkilatı arasındakı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

“Microsoft”, həmçinin qarşıdan gələn Müqəddəs Yubiley İli çərçivəsində Vatikana və İtaliyanın paytaxtı Romaya səyahət etməsi gözlənilən 35 milyondan çox ziyarətçiyə kömək edəcək süni intellektə əsaslanan “Julia” virtual köməkçisini hazırlamaq üçün Roma bələdiyyəsi ilə əməkdaşlıq edib. Yubiley zəvvarları virtual şəhər bələdçisi “Julia”ya “WhatsApp” vasitəsilə mədəni irs obyektləri haqqında, habelə İtaliya mətbəxinin nümunələrinin dadına baxmaq üçün yerlər və restoranlarla bağlı suallar verə biləcəklər. (Azərtac)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə