Previous Next
Bağla

Google yeni axtarış servisini istifadəyə verib

04-06-2009 16:25
Google yeni axtarış servisini istifadəyə verib

Google şirkəti “Squared” adlı yeni axtarış servisini internet istifadəçilərinə təqdim edib.

Layihənin iş icraçılarının bildirdiyinə görə, yeni servis internet istifadəçilərinə təqdim olunan hazırkı axtarış sistemlərindən xeyli fərqlidir.

Belə ki, “Squared” axtarılan informasiyanı interaktiv cədvəl şəklində istifadəçiyə təqdim edir. Təqdim olunan cədvəl istifadəçini qane etmədikdə, o həmin cədvəli öz istəyinə uyğun redaktə edə bilər.

Qeyd edək ki, “Squared” -ın iri həcmli informasiyaların axtarışını daha operativ və səmərəli həyata keçirəcəyi gözlənilir.

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə