“Microsoft” şirkətində ixtisarlar başlayıb

09-07-2010 / 05:36

“Microsoft” korporasiyası iyulun 7-də işçilərini ixtisar edib.

Ümumilikdə şirkətin dünya üzrə nümayəndəliklərində çalışan bir neçə yüz nəfər işçisi ixtisara düşüb.

İşdən çıxarılmış əməkdaşların dəqiq sayı haqda məlumat verilmir. Şirkət bu ixtisarları rəsmi şərh etməyib. Lakin “TechFlash” nəşri anonim mənbələrə istinadən bildirib ki, ixtisarların əsas hissəsi şirkətin marketinq bölmələrində aparılıb.

Bu il iyunun 1-nə olan məlumata görə, “Microsoft”da ümumilikdə 88 min nəfər çalışıb. Bundan öncəki üç ay müddət ərzində şirkətin işçilərin sayında cüzi artım müşahidə olunub.

İxtisarlar iyulun 1-dən hesablanan yeni maliyyə ilinin başlanması vaxtına salınıb. Bir il öncə ixtisarlar daha kütləvi xasiyyət daşıyıb. O zaman şirkət 5 mindən artıq əməkdaşının işdən azad edilməsi planlarını açıqlayıb.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.