Məlumat verdiyimiz kimi, ABŞ-ın texnologiya nəhəngi Microsoft strategiya dəyişikliyinə uyğun olaraq təxminən 3 min adamı işindən çıxaracağını açıqlamışdı.
Xeberler.az-ın məlumatına görə, qarşıdakı həftə daha 700 adamın işdən çıxarılmasıyla şirkət hədəfinə çatacaq.
Qeyd edək ki, son dövrlər Microsoft üçün işlər yolunda getmir. Bunun nəticəsidir ki, şirkət 2 minə yaxın adamı işdən çıxarıb, bu həftə isə 700 nəfəri işdən azad edəcək.
Bununla da şirkət hədəflədiyi işdən çıxarma rəqəmlərinə çatmış olacaq və yeni strategiyasına uyğun olaraq təxminən 1600 adam işə götürəcək.
Yəni, şirkətin məşğulluq rəqəmində 1400 adama yaxın azalma müşahidə ediləcək.
Qeyd edək ki, Microsoft işsiz qalan şəxslərin gələcək fəaliyyəti ilə bağlı məsuliyyəti də öz üzərinə götürməyib.
Məlumatlara görə, Microsoft-da işdən çıxarılanların əksəriyyət mobil sektor üzrə işləyənlər olub. Görünür, şirkət mobil bazarda gözlədiyi müvəffəqiyyəti əldə edə bilməyib və bu bazardan imtina edib.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri