“Microsoft” “Yahoo”-nun bütün axtarış texnologiyalarına eksklüziv lisenziya alıb

30-07-2009 / 15:48

Microsoft və Yahoo əməkdaşlığa dair saziş imzaladıqları barədə rəsmi bəyanat yayıblar. Saziş çərçivəsində Microsoft 10 il müddətinə Yahoo-nun bütün axtarış texnologiyalarına eksklüziv lisenziya əldə edir.

Microsoft-un yeni axtarış sistemi olan Bing isə Yahoo-nun bütün saytlarında istifadə olunacaq. Bununla da Yahoo hər iki şirkətin resurslarında əsas reklam verənlərə axtarış reklamı satmaq imkanı əldə edəcək. Bu istiqamətdə daxil olan gəlirin Microsoft və Yahoo arasında bölünəcəyi təxmin edilir.

Xatırladaq ki, il yar;m bundan öncə Microsoft Yahoo-nun əldə olunması üçün 47,5 milyard ABŞ dolları təklif etmişdir. Hazırkı razılaşma işə Google-la mübarizə üçün bağlanılmış tərəfdaş sazişidir.  


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.