Previous Next
Bağla

MİDA-nın 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilmişdir

08-07-2022 16:41
MİDA-nın 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilmişdir

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixdə mənzillərin güzəştli şəkildə satışının həyata keçirildiyi “Güzəştli mənzil” sistemi üzrə  mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Agentliyin Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti əsasında aparılan araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri müəyyən edilərək saxlanılmışlar.

Xeberler.az bildirir ki, aktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə məsuliyyətə cəlb edilmişlər. Araşdırmalarla təsbit edilmişdir ki, həmin şəxslər qabaqcadan əlbir olub ayrı-ayrı qruplar halında maddi maraq zəminində onlara müraciət etmiş “Güzəştli mənzil” sistemi istifadəçilərinin güzəştli şərtlərlə mənzilə sahib olmalarını qeyri-qanuni yollarla reallaşdırmaq məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiqini həyata keçirməklə mənzil seçimi prosesinin sürətli keçidini təmin edərək qanunsuz müdaxilə etmiş və bununla da digər vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə maneçilik törətməklə əhəmiyyətli zərər vurmuşlar.

“Güzəştli mənzil” sistemi Agentliyin sərəncamında olan mənzillərin güzəştlə əldə olunması sahəsində ölkə vətəndaşlarına elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada göstərilməsini həyata keçirir ki, onun da əsas məqsədi mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün bərabər şərait yaratmaq, mənzillərin seçilməsi və alınması prosedurunu sadələşdirmək, vətəndaşların müraciətlərinə baxılması zamanı şəffaflığı və operativliyi təmin etməkdir.

Yuxarıda qeyd edilən araşdırmalar nəticəsində müəyyən edilmiş halların “Güzəştli mənzil” sisteminin əsas iş prinsiplərinə zidd olması nəzərə alınaraq, 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçiminin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilmişdir.

 Agentliyin sərəncamında olan mənzillərin güzəştlə satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 442 mənzilin seçimi yenidən həyata keçiriləcəkdir. Mənzil seçimi prosesinin yenidən təşkil olunacağı tarix barədə ictimaiyyətə məlumat veriləcəkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
MİDA-nın informasiya sisteminə müdaxilə edənlər məsuliyyətə cəlb olunublar

MİDA-nın informasiya sisteminə müdaxilə edənlər məsuliyyətə cəlb olunublar

15-04-2022
Elektron Hökumətin İnkişafı Mərkəzinin "ASAN Login" sisteminə kiber müdaxilələr olunub

Elektron Hökumətin İnkişafı Mərkəzinin "ASAN Login" sisteminə kiber müdaxilələr olunub

15-09-2022
DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

26-12-2025
MİDA-dan mənzil satışı ilə bağlı rəsmi açıqlama

MİDA-dan mənzil satışı ilə bağlı rəsmi açıqlama

25-01-2019
MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib

MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib

31-03-2022
Mənzillərin qalmaqallı onlayn satışı ilə bağlı nəticələr ləğv edildi

Mənzillərin qalmaqallı onlayn satışı ilə bağlı nəticələr ləğv edildi

17-05-2018
Güzəştli mənzillərin növbəti seçimi başa çatdı

Güzəştli mənzillərin növbəti seçimi başa çatdı

16-12-2023
MİDA-nın mənzil satışına 11 ölkəyə məxsus 47 IP ünvanından kiberhücum olub

MİDA-nın mənzil satışına 11 ölkəyə məxsus 47 IP ünvanından kiberhücum olub

23-09-2022
MİDA mənzillərin növbəti seçimini həyata keçirib

MİDA mənzillərin növbəti seçimini həyata keçirib

16-07-2019
MİDA mənzillərin növbəti onlayn satışını həyata keçirib

MİDA mənzillərin növbəti onlayn satışını həyata keçirib

12-07-2019
248 güzəştli mənzilin seçimi uğurla başa çatdı

248 güzəştli mənzilin seçimi uğurla başa çatdı

25-12-2019
MİDA:Vətəndaşların nəzərinə!

MİDA:Vətəndaşların nəzərinə!

15-08-2022
“Güzəştli mənzil” sistemi yaradılır-Fərman

“Güzəştli mənzil” sistemi yaradılır-Fərman

17-11-2016
Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı alınıb

Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı alınıb

04-12-2025
Güzəştli mənzilləri əldə etmək daha rahat olacaq

Güzəştli mənzilləri əldə etmək daha rahat olacaq

21-01-2019
Elektron hökumət portalı üzərindən sınaq mühitində mənzil seçimi təşkil olunub

Elektron hökumət portalı üzərindən sınaq mühitində mənzil seçimi təşkil olunub

14-01-2019
Güzəştli mənzillərin seçimi başa çatıb

Güzəştli mənzillərin seçimi başa çatıb

16-10-2019
Güzəştli mənzil sisteminin təkmilləşdirilməsi davam etdirilir

Güzəştli mənzil sisteminin təkmilləşdirilməsi davam etdirilir

10-09-2019
“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

05-07-2023
Güzəşitli mənnzillərin növbəti elektron satışı başladı

Güzəşitli mənnzillərin növbəti elektron satışı başladı

20-06-2023
Onlayn mənzil satış sistemində nə baş verib?-Açıqlama

Onlayn mənzil satış sistemində nə baş verib?-Açıqlama

08-05-2018
Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

05-09-2018
1400-ə yaxın ailə güzəştli mənzilə sahib oldu

1400-ə yaxın ailə güzəştli mənzilə sahib oldu

24-12-2019
“Güzəştli mənzil” sisteminin DEMO versiyası istifadəyə verilib

“Güzəştli mənzil” sisteminin DEMO versiyası istifadəyə verilib

25-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə