İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) EnterpriseAzerbaijan.gov.az portalının və ABŞ-ın Nevada Universitetinin birgə hazırladığı “StartUp School” layihəsi Milli Aviasiya Akademiyasında (MAA) təqdim olunub.
Mərkəzdən Xeberler.az-a bildirilib ki, tədbirdə Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva, mentor Habil Əhmədov və layihə meneceri Nəzrin Əkbərova layihə barədə ətraflı məlumatlar veriblər.
Milli Aviasiya Akademiyasının yeni texnologiyalar üzrə prorektoru, professor Xəqani Abdullayev, nəqliyyat texnologiyaları fakültəsinin dekanı Nazim Nağıyev, dekan müavini Məhluqə Nəsirova və digər rəsmi şəxslər akademiyada yaradılacaq innovasiya mərkəzi və “StartUp School” layihəsi ilə əməkdaşlıq imkanlarından danışıblar.
Görüşdə “Teknofest Azərbaycan”ın iki nominasiya üzrə birincisi Sərxan Ağadadaşov da iştirakçılara layihələrini təqdim edib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri