Previous Next
Bağla

“Enterprise Azerbaijan” portalı startap komandaları üçün intellektual yarış təşkil edib

23-10-2024 15:01
“Enterprise Azerbaijan” portalı startap komandaları üçün intellektual yarış təşkil edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Green Talk” layihəsi çərçivəsində startap komandaları arasında intellektual yarış keçirilib. “Enterprise Azerbaijan” portalı və “SABAH HUB”ın əməkdaşlığı ilə təşkil olunan tədbir "Yaşıl texnologiyalar" mövzusuna həsr olunub.

Xeberler.az bildirir ki, yarışda “Enterprise Azerbaijan” portalının "StartUp School 2-AI for Green Solidarity" layihəsinin "Kənd Təsərrüfatı" kateqoriyası üzrə komandaları, eləcə də SABAH.HUB İnnovasiya Mərkəzinin startapçıları birincilik uğrunda mübarizə aparıblar.“Enterprise  Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva bildirib ki, “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr olunan tədbirin məqsədi ekoloji sahədə məlumatlılığın artırılması, ətraf mühitin mühafizəsinə diqqətin cəlb edilməsi, gənclərin maarifləndirilməsi və bilik mübadiləsinə cəlb olunmasıdır.

Sonra yarışın moderatoru Türkay Verdiyeva yarışın şərtləri və qaydaları barədə iştirakçılara məlumat verib. İlk turda suallar ölkəmizdə keçiriləcək COP29 tədbiri və “yaşıl” texnologiyalar sahəsinə aid olub. Gərgin mübarizədən sonra Naxçıvan Dövlət Universitetinin “AGROCHAT” və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “ClearPath Shepherd” komandaları finala vəsiqə qazanıblar. Final mərhələdə isə ekoloji problemlər, onların səbəbləri barədə suallar səsləndirilib. Yarışın nəticələrini “Startup Future” şirkətinin rəhbəri Habil Əhmədov, SABAH.HUB-ın əməkdaşı Məzahir Əhmədov, "Sigma Systems" şirkətinin rəhbəri Kamran Manafzadə münsif qismində qiymətləndiriblər.

Finalda qalib gələn “ClearPath Shepherd” komandasına "Sigma Systems" şirkəti tərəfindən kompüter təqdim olunub. Digər iştirakçılara isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hədiyyələri verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Enterprise Azerbaijan” portalı startap komandaları arasında intellektual yarış keçirəcək

10-10-2024

“StartUp School 2 – AI for Green Solidarity” layihəsinin “Məzun Günü” keçirilib

06-12-2024

“StartUp School 2” layihəsinin qalibi mükafatlandırılıb

10-12-2024

“Startup School 2” layihəsinin final mərhələsi keçiriləcək

05-12-2024

Startap məktəbinin xarici mentorları ilə görüş keçirilib

09-02-2023

Milli Aviasiya Akademiyasında “StartUp School” layihəsi təqdim olunub

06-03-2023

İİTKM “Startup School 3” layihəsinə start verir

16-04-2025

“Startup School 3” layihəsi müzakirə edilib

27-02-2025

“Enterprise Azerbaijan” yeni startap məktəbinin infosessiyalarına başlayır

21-04-2025

“Startup School”un açılış mərasimi keçirilib

04-04-2023

Dövlət Məşğulluq Agentliyi startaplara dəstək göstərib

09-02-2024

“Startup School 3” çərçivəsində memorandum imzalanıb

21-06-2025

“Startup school” da ideya yarışı keçiriləcək

05-04-2023

“Enterprise Azerbaijan” portalının “Startup School” layihəsinin qalibləri məlum olub

19-05-2023

“Startup School” məzunları “Failory” beynəlxalq platformasında yer alıb

19-02-2026

“Startup School 3” layihəsinə 125 layihə seçilib

01-08-2025

İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə görüşüb

15-08-2025

İİTKM: "200-ə qədər startap "StartUp" məktəbimizdə iştirak etmək istəyib"

19-05-2023

İİTKM-in rəhbəri Creative Spark layihəsinin konfransında iştirak edib

04-09-2019

“Startup School 3” çərçivəsində beynəlxalq təlimlərə start verilib

05-08-2025

ADPU-da “Startup School 4” layihəsi təqdim edilib

16-04-2026

Kankəndidə “Startup School” keçirilib

03-03-2026

AMEA-da “Startup School 3” layihəsi təqdim edilib

14-05-2025

Vüsal Qasımlı: "10 startapdan 1-i inkişaf edə bilir"

19-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə